adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Oktyabr 2019 12:25
9804
HADİSƏ

DİN Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 29-da saat 2 radələrində Nizami (Gəncə) rayonunun İ.Qayıbov küçəsində şəhər sakini Z.Məmmədov idarə etdiyi "Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinləri - Saatlı rayon sakini Eldar Məmmədov və Tərtər rayon sakini İkram Bayramlı hadisə yerində ölüblər.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.