DİN-dən saxta paylaşımlarla bağlı ÇAĞIRIŞ - VİDEO
“Sosial şəbəkədə hər hansısa bir şəxsin hesabına daxil olmaq, səhifələri gizli şəkildə izləmək, müasir proqramlar vasitəsilə mobil telefonlara giriş əldə etmək, vətəndaşların kiminlə danışdığını və ya yazışdığını öyrənmək” adı altında çoxsaylı paylaşımlara rast gəlinir.
DİN Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, internet seqmentində, xüsusilə də sosial şəbəkələrdə rast gəlinən bu cür saxta reklamlar və şirnikləndirici təkliflərə birmənalı şəkildə inanmamalıyıq, yalandır. Ödəniş qarşılığında saxta xidmətlər təklif edən səhifələr və həmin səhifələri idarə edən dələduzların məqsədi şəxsi və bank kartı məlumatlarını ələ keçirmək və son nəticədə vətəndaşların pul vəsaitini talamaqdır.
Bir daha vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etməyi və heç bir halda cəlbedici vədlərə aldanıb onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə müraciət edərək özünüzü təhlükələrdən qoruya bilərsiniz!
Digər Xəbərlər
22 Dekabr 2025 12:01
Lotoreyadan 1 milyon dollar qazandı, hər həftə isə...
22 Dekabr 2025 11:57
İcra başçısı ilə birlikdə həbs edilən xanım müavini azadlıqda
22 Dekabr 2025 11:53
“İndiki vəziyyətdə hərbi xidmət müddəti kifayət qədər optimaldır...”
22 Dekabr 2025 10:59
"Bakı Metropoliteni"nin yığılmış ZƏRƏRİ - 3 milyard manat...
22 Dekabr 2025 10:44
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası hazırlanıb
22 Dekabr 2025 08:42
Bu gündən Amnistiya aktının icrasına başlanılır
20 Dekabr 2025 17:29
Azərbaycandan göndərilən neft məhsulları Ermənistana çatdı - FOTOLAR
19 Dekabr 2025 17:45


Bakı -°C

