adalet.az header logo
  • Bakı -°C
22 Dekabr 2025 10:44
68
GÜNDƏM
A- A+

AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası hazırlanıb

AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası hazırlanıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, J2-8243 reysinin anımına həsr olunmuş poçt markası sabah ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Embraer-190 təyyarəsi 25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i, o cümlədən altı Qazaxıstan vətəndaşı həlak olub. Hadisə Azərbaycanın və Rusiyanın münasibətlərində gərginlik yaratmışdı, çünki təyyarənin Rusiya hava məkanında zədələndiyi bildirilib.