DİN Bakıda 5 kamerunlunun ölümü ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Bakıda beş Kamerun vətəndaşının ölümü ilə bağlı məlumat yayıb.
Adalet.az nazirliyin saytına istinadən məlumat verir ki, yanvarın 1-də Kamerun vətəndaşı Njonjoh Hans Ekumun Yasamal rayonu ərazisində kirayə yaşadığı evdə onun və həmyerliləri Nzemele Esambe Linus, Senan Hke, Takem Paul Atah və Nikvanti Nombe Levisevin üzərilərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılıb. Onların dəm qazından zəhərlənərək ölmələri ehtimal olunur.
Araşdırmalar zamanı evin hamam otağında olan su qızdırıcı qurğunun yanaraq yararsız hala düşməsi müəyyən edilmişdir.
Digər Xəbərlər
29 Aprel 2024 10:48
Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq
29 Aprel 2024 09:21Bakıda 31 dərəcə isti olacaq - Günün havası
28 Aprel 2024 14:46Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15