adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 Fevral 2019 14:43
15052
KRİMİNAL

DİN anasını və arvadını baltalayan şəxs barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi arvadı və anasını baltalayan şəxslə bağlı məlumat yayıb.

Adalet.az nazirliyə istinadən xəbər verir ki, fevralın 6-da Ucar rayon sakini, ruhi xəstə A.Tağıyev yaşadığı evdə münaqişə zəminində arvadı Şəhlaya və anası Zivərxanıma balta ilə, özünə isə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Şəhla orada ölüb, A.Tağıyevin və anasının vəziyyətləri orta-ağırdır.