Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstandadır
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycandan kənarda yaşayan hər bir soydaşımızla bağlı məsələlərə həssaslıqla yanaşır və onların problemlərini daim diqqət mərkəzində saxlayır.
Komitədən Adalet.az-a bildirilib ki, hazırda Dövlət Komitəsinin nümayəndə heyəti qonşu ölkədə səfərdədir. Nümayəndə heyətinə Komitə sədrinin müavini Vaqif Seyidbəyov rəhbərlik edir.
Səfər çərçivəsində soyadaşlarımızın kompakt yaşadığı ərazilərdə görüşlər keçirilir, onların problemləri dinlənilir, dostluq və mehribanlıq şəraitində yaşamaq, ümumi fəaliyyət göstərmək istiqamətində danışıqlar aparılır.
Nümayəndə heyətinin Gürcüstanın bir sıra dövlət orqanlarında görüşləri planlaşdırılıb.
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57