Diaspor Komitəsinin sədri İsveçrədədir
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 5-6 oktyabr 2018-ci il tarixlərində İsveçrəyə səfəri çərçivəsində İsveçrədə bir sıra görüşlər keçirib.
Bu barədə Adalet.az-aAzərbaycan Respublikasının İsveçrədəki Səfirliyindən məlumat verilib.
Məlumata görə, səfərin ilk günü Komitə sədri ölkəmizin İsveçrədəki səfirliyində olub, ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.
Sonra o, xarici ölkələrdə yaşayan İsveçrəlilərin problemlərinin öyrənilməsi və həlli istiqamətində fəaliyyət göstərən "Swiss Abroad" təşkilatının direktoru Sara Mastantuni və "Soliswiss" təşkilatının icraçı direktoru Riçard Föqeli ilə görüşüb.Görüşdə, həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.
Görüşlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycanda diaspora siyasətinin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən olduğu bildirilib. Görüşlərdə həmçinin bu təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə olunub.
Digər Xəbərlər
29 Aprel 2024 17:45
Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub
29 Aprel 2024 17:26Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi
29 Aprel 2024 16:43ABŞ səfiri Qırmızı Qəsəbə kəndində olub
29 Aprel 2024 16:26Havanın temperaturu iqlim normasından yüksəkdir
29 Aprel 2024 15:45