Diaspor Gənclərinin II Yay düşərgəsində iştirak üçün 44 ölkədən 352 nəfər müraciət edib
Şamaxıda keçiriləcək "Nəsimi 650” Azərbaycan Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak üçün müraciət müddəti başa çatıb.
Bu barədə Adalet.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunub ki, düşərgədə iştirak etmək üçün 44 ölkədən 352 gəncin müraciəti qeydə alınıb.
"Artıq gənclərlə müsahibə müddəti başlayır”- deyə Dövlət Komitəsindən bildirilib.
Qeyd edək ki, Azərbaycan Diaspor Gənclərinin II Yay Düşərgəsi 8-14 Iyul tarixində keçiriləcək. Layihənin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etməkdir. Düşərgə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunur.
Digər Xəbərlər
01 May 2024 11:14
Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52