adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Sentyabr 2014 11:10
9924
ŞOU-BİZNES

Di Kaprio BMT səfiri təyin olundu

Hollivud ulduzu Leonardo Di Kaprio məsul vəzifəyə təyin edilib.Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur aktyor BMT-ninplanetin iqlim məsələləri üzrə səfiri seçilib. Bununla bağlı açıqlamaverən təşkilatın baş katibi Ban Ki Mun ona güvəndiklərini bildirib. O deyib ki, Di Kaprio ətraf mühitin müdafiəsi məsələsində BMT-nin güvəndiyi şəxsdir.

Məşhur aktyor ona bu ciddi vəzifənin verilməsindən şərəf duyduğunu vəproblemlə mübarizə aparacağını bildirib.

Qeyd edək ki, BMT-nin dünya ulduzlarına məsul vəzifə verməsi artıqtəəccüb doğurmur. Digər ulduz Anjelina Joli də xoşməramlı səfirdir. BMT məşhurlarınnüfuzundan faydalanaraq ictimaiyyətin diqqətini daha çox bəşəri problemlərəçəkmək istəyir.