adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Yanvar 2020 12:12
62895
ƏDƏBİYYAT

“Dəyişmirik”lə bizi dəyişdirən, dərdləndirən Qələndər Xaçınçaylı

Yurdum bizdənuzaq düşüb,

Biz ellərəçatammırıq.

İçimizə sazaqdüşüb,

Gecələriyatammırıq.

Qan ağlayıriçim, çölüm,

Ahım qalxıb şahəmənim.

Bağrım yanır göyüm-göyüm,

Haqq kəsilib mənə qənim.

Qarabağ sızıltılı, yurd dərdli istedadlışair-publisist Qələndər Xaçınçaylının sonuncu kitabı 1-2 ay əvvəl işıq üzügörüb. Kitabı vərəqlədim, 3-4 şeiri birnəfəsə oxudum. Qəlbimi sızlatı, eyniyara, eyni dərd, eyni ağrıdı...Vətən həsrətli, yurd yüklü dərdi soydaşlarıma eləQələndərin üslubu ilə tanıtmaq-xatırlatmaq keçdi ürəyimdən...

"Dəyişmirik”adlı şeirlər kitabına şairin son dövrlər qələmə aldığı şeirləri və eyniadlı birpoeması daxil edilib. "Təknur” mətbəəsində çap olunan, 156 səhifədən ibarətkitabın ön sözü –redaktorluğu şair-publisist Əli Rza Xələfliyə məxsusdu.Tanımayanlar üçün bildirək ki, Qarabağın gözəl guşələrinin birində -Ağdamdadoğulub boya-başa çatan Qələndər Xaçınçaylı Azərbaycan Yazıçılar Birliyinin(AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-jurnalist,tanınmış şair - yazıçı, publisistdir... 1981-ci ildən mətbuatda müntəzəm olaraqşeir və məqalələrlə çıxış edir. Şeirləri "Ədəbiyyat və incəsənət","Kommunist", "Bakı", "Savalan", "Azərbaycanpioneri", "Fəryad", "Meydan", "Səs", "Gələcəkgün", "Ədalət", "Təzadlar" qəzetlərində, "Azərbaycan","Ulduz", "Müxbir", "Kənd həyatı", "Göyərçin","Pioner" jurnallarında ardıcıl olaraq çap edilib. Həmçinin, "Gənclik"nəşriyyatının "almanax"larında əsərləri oxuculara təqdim olunub. Onunilk kitabı "Qarabağın ağlar gözü" (1998) adlanır. İndiyənə qədər Qələndərinbir-birinin ardınca "Qarabağa gedən yollar" (2000), "Dünya mənimsöz qalamdır" (2004), "Dərd ürəyimdə mamır bağlayıb" (2006),"Qeyrət qalası" (2007), "Yaza tələsən çiçək" (2008),"El ağsaqqalı" - publisistika (2008), "Şərəfli ömür" -(publisistika, 2009), "İkinci ömrümü yaşayıram" (2011), "Gözləmə"(2012), "Ömür mənalı keçəndə" (2012) şeir və poemalardan ibarətkitabları nəşr olunub. İlk nəsr əsəri olan və 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarındanbəhs edən çox maraqlı "Güllə işığında" povesti çap olunub. Onunkitablarının adlarından da göründüyü kimi, Qələndər Xaçınçaylı bütünyaradıcılığını Qarabağ müstəvisində, vətənpərvərlik və mübarizlik çevrəsindətoplayır, Doğrusu, şairin bu görüşünün də mövzusunda Qarabağ olması bizoxucuları təəcübləndirmədi. O, bu dəfə də, qəlb çırpıntısı ilə, sadə, poetikdillə xalqına məhəbbətini pıçıldayır, düşmənə nifrətini hayqırır, eyni zamandaQarabağlı günlərin xoş ətrini, acı həsrətini hər gün, hər an yaşadığını hərmisrasında önə çəkir:

Ağdam kimi yuvamtalan,

Kolanı tək obamqaldı.

Deyilən vədtamam yalan,

Susub ağzım,dilim laldı.

Fransız yazıçısıAnatol Frans haqlı olaraq qeyd edib ki, şeirlə insan ruhu arasında qədim birünsiyyət var. Buna görə də insanın sevincli və kədərli anlarında şeir həmişəonunladır. Bu məqamlarda Livan yazıçısı və rəssamı Xəlil Cübranın sözləri yadadüşür: "Şeir qanı axan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir".Bəli, dahilərin sözlərini Q. Xaçınçaylının simasında təsdiq edə bilərik. Qəlbininqanı ilə yazıb misralarını..."Dəyişmirik” i vərəqlədikcə bəzən ümidsizliyəqapılan, bəzən döyüş ruhuna hakim olan, bəzən isə üsyan edən şairin ağrı-acısıyurd itirən hər kəsi öz təsir dairəsinə salır. Ötənlərə dönürsən, keçmişini ,qayğısız günlərini xatırlayırsan, nə vaxtsa, ürəkdən güldüyünün fərqindəolursan və təsirdən çıxan kimi bu günün reallığı ilə üz-üzə qalırsan. Vətən həsrətininverdiyi yetimlik, yurd acısının könüllərimizdə açdığı dərin yaralar, üzümüzə həkkolunmuş kədər cizgiləri, solğun simalardan cəkilib getmiş gülüşün yerini dolduranümidsiz məchulluq...Yenə də bir üsyan qalxır dilindən, gözlərindən:

Səni Allahcildində gördüm...

Sənə baş əydim,

Sənə təslimoldum.

Amma sən Allah ola bilmədin...

Yedin haqqımı,

Əlimdən aldınazadlığımı...

Qəribədir, Qələndərinşeirlərində poetik üslub və dilin cilası, söz duyumu, sözün alt qatının mənalarınavara bilmək bacarığı oxucunu bir də özünə yönləndirir. "Durumun belə olmasındamənim də günahım varmı?”-deyə düşünən oxucu sanki özü-özünə hesabat hazırlayır:

Nə günəqalmısan, a qoca dünya,

Zalım qəh-qəh çəkir,məzlum göz yaşı...

Sən dəvər, silkələn,yerindən oyna…

Atılır başımamin nadan daşı.

Aynada hər ikiüzünə bir bax,

İblislərçoxalıb, şeytan daş atır.

Hanı mərhəmətlidediyin Allah?!

Ədalət torpağın altında yatır.

"Dəyişmirik”poeması isə şairin bu günku günümüzlə səsləşən, həyata, insanlara, mübarizəyə,gələcəyə, ideyalara hərtərəfli baxışlarından , bəşəriyyətin təhlükəli taleyinəniğarancılıqdan doğub, yaranıb. Kitabın "Ön söz” ündə müəllifinyaradıcıllığından söz açan Əli Rza Xələfli də bildirir ki, şairinyaradıcılığında və həm də poeziyasında əsas ünsiyyət səmimiyyətdə görünəndildir:” Mövzu, məna, mahiyyət səmimiyyətə güvənəndə oxucunun mənəvi mühitinədaha əsaslı təsir göstərir ”. Bir dəfə millət vəkili, tanınmış yazıçı-publisistAqil Abbas tədbirlərin birində Qarabağ mövzusunda yazan şairlərdən söhbət açarkəndemişdi:"Qələndər Xaçınçaylının yaradıcılığındakı vətən həsrəti, vətənnisgili əslində gənclərimizə örnək, nümunədir. Şairin kövrək, vətən həsrəti iləyanan poeziyası var. Onun "Qarabağın ağlar gözü", "Qarabağa gedənyollar", "Dünya mənim söz qalamdır", "Dərd ürəyimdə mamırbağlayıb" kimi kitabları Azərbaycan ədəbiyyatına daxil olan gözəl nümunələrdəndir”.İnanırıq ki, Qələndər Xacıncaylının bu kitabı da geniş oxucu auditoriyası tərəfindənrəğbətlə qarşılanacaq.

Əntiqə Rəşid

Adalet.az