DEYİMLƏR
Biz tariximizin günahlarını düzəltməkiqtidarında deyilik.
***
Arada tikanlı məftil var. O taydakıqardaşıma baxanda gözümə girir.
***
Deyirik su aydınlıqdır. Bəs niyə birmillətin arasındakı Araz aydınlığa çıxarmadı bizi?!
***
At belində yovşanlı çöllərdən ətir alıb,yovşan ətri verən bizlərdən indi kif iyi gəlir.
***
Bu qaya qısırdı, arxasında igid oğullarıyox.
***
Kim çaldı bizə "arxayınçılıq"adlı laylanı? İllərdir yerimizdən qalxa bilmirik.
***
Yurdsuzluqdan gecələr yerimizə qordolmadı, yuxumuz ərşə çəkilmədi. Elə şirin yatdıq ki.
***
Türk dünyasının ortaq düşmənləri var.Amma tür dünyasının ortaq dostluğu yoxdur.
***
Dərdimi yazıb sənə göndərmişəm. Dərdiminüstünə dərd gətirmə. Əlac elə.
***
Vaxtsız ölən insanlar kimi vaxtsız öldüeşqimiz.
***
Ölüm, keç günahımdan. O, qızın dərdindənölürdüm, ölə bilmədim.
***
Sən üstünə qar yağmış çiçək kimisən.Ətir saçmaq üçün himayədara ehtiyacın var.
***
Kədərim,qəmim o qədər çoxdur ki, gözümdə qəm, kədər toxluğu var.
***
Bu bağın gülünü. çiçəyini qəfəsdəki bülbülün ahı yandırdı.
***
Bu gecə də, gecədən keçdi. Sən geri dönmədin.
***
Ayrılmağımızın günah bölgüsünü apardım.Sənə məndən çox düşdü.
***
Etiraf edim. Səndən ayrılandan günüm gündeyil. İt əzabı çəkmək yoldaşım olub. Kaşkalar dilimi qabar edib. Neçə dəfənağıl qurmuşam, almaları düşməyib. Qayıt, məni it əzabından, keşkələrdən,alması düşməyən nağıllardan xilas elə.
***
Ömrümün yazındayam. Günəşi bol, suyubol.Şükür, firavanlıq olacaq.
***
Bu yolun insan ayaqlarının səsinə yamanehtiyacı var.
***
Başımı sevgi qatsın, gözümü aça bilməyim.
***
Mən dünyanın qəm hədəfindəyəm.
***
Üzü Vətənə baxa- baxa bir ömürdü canverirəm.
***
O, qıza yazdığım şeirlərin misralarındaböyük bir utancaqlığım var.
***
Dağların dərə sükutu yaman vahimələndirdi məni.
***
Dağların qolları üstündə illərlə xəstəyatan Şuşam mənim!
***
Quş qanadında anamın görüşünə getdiyimillər heyyyy... hardasınız?
***
Sənə gətirdiyim çiçəklərin ləçəyində birarı azıb qalıb.
***
Məni gözündə saxlayıb, gözündən aralıqoymayan qız, nə olar mənə bir az azadlıq ver.
***
Milli mədəniyyətini qoruya bilməyən, yadmədəniyyətinin girovuna çevrilər.
***
Mütiliyi, yaltaqlığı özünə peşə seçərsənvə heç zaman insan ola bilməzsən.
***
Araz- yaramızın qaysaq bağlamayan adı.
***
Gül satan qızdan bir dəstə gül aldım.Düşündüm kimə verim. Mənim anam, bacım, sevgilim yox ki. Yazıq gül boynunubüküb qaldı. Mənim və təkliyimin arasında.
***
Görəsən ədalətsizlik ədalətdən yaranıb,yoxsa ədalətdən ədalətsizlik?
***
Onun bir ümüd qapısı vardı. Qapıyıbağlayıb onu ordan uzaqlaşdırdılar.
***
Ağrılarımızı, əzablarımızı, itkilərimizihəmişə göz yaşlarımızla ifadə etmişik. İndi göz yaşımızı içimizə axıdırıq.Ətrafdakılar da göz yaşımızı görməyib bizə "bəxtəvər" deyirlər.
***
Pullu olub yekəxanalıq edəcəksənsə,kasıb olub dilənçilik etsən ondan yaxşıdır.
***
Dünya qadın sevgisindən yaransaydı beləqanlı- qadalı olmazdı.
***
Gedirsən get. Gözləmə ki, mən sənə"getmə" deyəcəm. Get. Bir də geri dönmə. Axı mən də yaşamaq istəyirəm.
***
Biz neyləmişik ki, ölüm yarandığımızgündən qarabaqara izləyir bizi?!
***
Kənddən şəhərə gəldim. Dedim, daha bəsdirkəndli olduğum. İndən sonra şəhərli olacam. İllərlə şəhərdə yaşadım, amma şəhərliola bilmədim. Ara yerdə kəndçiliyimi də itirdim.
***
Dedilər filankəs göylə gedir. Dedim,yazıq neyləsin yerdə tıxacdır.
***
Eheyyy....! Torpaq üstündə gəzənlər,bilirsinizmi ki, belə getsə ayağınızın altındakı torpağı da, bir gün düşmənayağınızın altından çəkib aparacaq. Bax, onda çəkisizlikdə qalacaqsınız.
***
Dostlar əllərində atdılar məni göy üzünə.Eələ istədim "əlvida". deyəm yer üzünə. Deyə bilmədim. Torpaq çəkdi məniözünə.
***
Yazlaşan, çiçəkləşən, gülləşən Vətəninqoynunda nə qədər tikanlar var.
***
Səninlə olacaq görüşlərimizin təqviminiözüm tutacam.
***
Kimsə dünyaya kişi kimi gəlmir. Həyatınkişilik sınağından keçib kişilik titulu qazanır.
***
Kəsək dağın yerinə ağladı. Çünki dağağlamağa öyrəşməmişdi.
***
İlahi, bu nədir, əzabı mərdə verdin,sevinci namərdə.
***
Ərkim çatmadı Ərk qalasına ərk eləməyə.
***
Gecələrimin ən qərib gecəsi oldu, sənyanımda olmayan gecə.
***
İki yüz il öhtəsindən gələ bilmədiyimizdüşmənin arxasında quduz köpəklər durur.
***
Daş deyiləm, divar deyiləm. İnsanam.Mənim dəpaxıllarım var.
***
Gözümlə qaşım arasında biri var. Qəfildənyaxalayacaq məni.
***
Anam torpağa qovuşub torpağın anasıoldu.
***
Yuxularıma fələkdən gizlin gələn anamheyyy.....
***
Son mənzilimi də əlimdən aldılar. İndicismim mənzilsiz, ruhum mənzilli. Deyirəm, nə yaxşı sonsuz göylər varmış.
***
Başı çovğunlu, ətəyi bürkülü dağlar,sizdən niyə perik düşdü insanlar?!
***
Qəmli dayanma. Quş olub pəncərənəqonacam, sənə şirin nəğmələr oxuyacam.
***
Səni güldən, çiçəkdən zövq alan görmədim.Bilmirəm, məndən zövq ala biləcəksənmi?
***
Daşı dərdə yoldaş elədilər. Daş əridi. Dərddənuzaq olun.
***
İşi keçənə baş əyənlər silinsin kişilikdən!
***
Şair var, sözü var, pulu yox, "şairvar" pulu çox, sözü yox. Məhərrəm Şəmkirli,
AYB-nin üzvü.