adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Dekabr 2016 11:34
37375
ƏDƏBİYYAT

“Deyəsən mən də Tanrını tapdım” – MÜSAHİBƏ

Ədəbiyyatayeni addımlarını atan imzalardan biri də Dəniz Pənahovadır. Dəniz xanım gəncolmasına baxmayaraq hekayələr, ssenarilər yazır. Mütamadi olaraq ədəbi jurnallarda,portallarda dərc olunur.

Adalet.azgənc yazar Dəniz Pənəhova ilə müsahibəni təqdim edir:


Özünüz haqda bir az məlumat verərsiniz...

- İxtisasca ssenaristəm. Mədəni Maarif texnikumunu bitirmişəm. Daha sonraisə Bakı Slavyan Universitetinin "Yaradıcılıq” fakultəsində iki illik təhsilalmışam.

Hardanyaranıb ədəbiyyata maraq?

- Uşaqlıqda kitablarla dolu bir evdə böyümüşəm. Kirilcə xeyli müxtəlif köhnəkitablar vardı. Əsasən rus ədəbiyyatı idi. Evdəki oxuduğum sonuncu kitabtəbabət elmindən bəhs edirdi. Daha sonra qonşu və qohumların toz basmışrəflərinə müraciət etdim. Onda hələ məktəbin kitabxanasına yazılmamışdım. Artıqkitab oxumaq vərdişə çevrilmişdi. Səhər yeməyinin vacibliyi kimi. Şəxsi balacakitabxanamı yaratmağım isə qəribə oldu.
Həyətimizdə istifadə olunmayan evləri kirayə vermişdik. Aralarında əfqanıstanlıbir ailə də vardı. Bir gün kiracının qızı əlində böyük bir qutu içi dolu kitabla,həyəcanla bizə gəldi. 
"Sənə çoxlu kitab gətirmişəm. Zibillikdən tapdım. Təmizdi hamısı narahat olma,əvəzində mənə sep, qolbaq, köhnə paltar ver” dedi. Mən də razılaşdım. Qutudakıkitabların hamısı ədəbiyyata aid idi.

İlkdəfə harda çap olundunuz?

- Dil-ədəbiyyat müəllimim inşalarımın fərqli olduğunu deyirdi. Orta məktəbdəoxuyanda həmin müəllim məktəblərarası keçirilən "Zaman, təhsil,və biz” "gəncyazarlar” adlı layihəyə mənim yazılarımı buklet halında dərc etdirib sərgiyəgöndərmişdi. Daha sonra isə qəzetlərdə,”Yazı” "Ulduz” dərgilərində,saytlardaçap olundum.

Niyəyazırsınız?

- Əgərcəmiyyətə çatdırmaq istədiyim bir fikrim varsa və bunu sözlə etməyi daha yaxşıbacarıramsa yazıram. Yazmağı seçirəm. Bunu musiqi ilə yaxud rəsmlə də çatdırabilərdim. Lakin mən yazmağı seçirəm. Bu yolda bəzən özümü Mirzə Cəlil kimi hissetdiyim də olub. Cəmiyyətə onların özlərini göstərməyə çalışmışam. Corc Oruel"Mən niyə yazıram” essesində yazır ki, yazıçının əsas düşüncə tərzi yaşadığıdövrlə müəyyənləşir,ən əsası isə yazıçını tərk etməyən özünəməxsus emosionalyanaşma tərzi olmalıdır. Gəlir əldə etməklə yanaşı 4 əsas səbəbi (estetikzövq,siyasi və tarixi məqsəd) göstərir. Ətrafımda xeyli yazar var ki, hamısıfərqli ixtisas sahibləridir. Yazmağa da xobbi kimi yanaşırlar. "Özüm üçünyazıram” deyib qalın kitablar dərc edir, qohum tanışlarını təqdimatatoplayırlar. Ən azından israf olunan kağızları, ağacları da düşünmək olardı.Əgər bir adam özü üçün yazırsa 60 qəpik verib qalın dəftər tutub günlük kimiözü yazıb oxuya bilər. Mən qohum,dost –tanış üçün yazmaq istəmirəm.


Hansısaədəbi təşkilta üzvsünüz? Ümimiyyətlə yaradıcı insanın hər hansı bir təşkilata üzvolmasına necə baxırsınız?

- 2009-cu ildəməktəbdəoxuduğum ərəfələrdə "Gənc ədiblər” məktəbində görüşlərdən birinə qatıldım. Cəmibircə dəfə gördüyüm Zərdüş Şəfi onda həmin məktəbin katibi idi. Həmin vaxt özşeirlərimi orada heç oxumadım da. Gəldim evə şeirlərimi hamı kimi yandırmadım,kranı açıb suda islatdım. Düşündüm ki, Azərbaycan ədəbiyyatı Dənizsiz də olsaolar. O vaxtdan şeir yazmadım. Gənc ədiblərə də getmədim. Daha çox mütaliyəyəvaxt ayırdım. Həm də təhsilimə qarışdı başım. Sonra bu yaxınlarda yenə ora üzvoldum. Yazarların hər hansı bir qurumda birləşməsi məncə zəruri deyil. Yazıçıyaqələmi, kağızı ya klaviaturası və təbii ki oxucusu bəsdi. Bir qurum yazıçıya nəverə bilər ki. Bu adama görə dəyişər. Kimsə hər hansı bir quruma üzv olar özününobel mükafatı almış kimi hiss edə bilər. Yaxud özünü yazıçı kimi hiss edəbilər. Bir şeyi də qeyd edim ki, məsələn AYB-nin üzvlük vəsiqəsi imkan yaradırki, başqa ölkələrdə siravi adamların istifadə edə bilmədiyi muzeylərdən, araşdırmamərkəzlərindən, kitabxanalarından rahatlıqla istifadə edəsən. Mən də əsasən bunudüşünərək AYB-nə sənədlərimi vermişəm. Amma üzv qəbul edilib edilmədiyimdənxəbərim yoxdur. Ora xeyli istedadsız gənclər də rahatlıqla üzv olurdu deyəaçığı biraz tərəddüd edirdim. Bu o demək deyil ki, özümü istedadlı zənn edirəm.(gülür) Sonra oxuduğum fakultəni düşündüm. Bir fakultədə 30 tələbənin hamısıuğurlu kimyaçı olmur təbii ki. 


Birdəfə status yazmışdınız ki, bir gün hamımız Tanrı olacağıq! Bunu necə izah edəbilərsiniz?

- Bir gün hamı Tanrı olanda biz artıq yaşamayacağıq. İnkişaf nə qədər sürətləgetsə də əslində çox ləngdir. İnsan olmaq bəzən üzür məni. Özümü və hər kəsiqarışqa kimi hiss edirəm. Qarışqadan tək fərqimiz qışda da işləməyimizdi. Ənböyük həqiqət ən böyük həqiqəti axtarmaqdı. Mənim ən böyük həqiqətim dəTanrıdı. Elə bir varlığın axtarışına çıxmışam ki, hər yerdə var amma heç yerdəyoxdu. Yəqin ki, bir gün, nə vaxtsa bütün qaranlıq qalan suallara cavabtapılacaq. Amma onda mən olmayacam. O status da özümə ümid vermək üçün idi.Dostlarımın biri deyir ki, Tanrı məni cırmaqladı, onun toxunuşunu hiss elədim,digəri dinini dəyişib,deyir ki,tanrı mənə külək kimi toxundu.Varlığını hissetdirdi. Bunlar mənə gülməli gəlir. İndi deyəcəm inanmayacaqsınız. Müsahibədəbu sözləri dediyim yerdə möhkəm külək əsdi. Damın üstünə nəsə düşdü. Qorxdum.Halbuki, hava çox sakit idi bu gün. Deyəsən mən də Tanrını tapdım. Amma yenəgörmədim. Michio Kakunun "Gələcəyin fizikası” kitabını oxuyuram.Texnnologiyanın inkişafından bəhs edir ki, yaxın gələcəkdə interneti və s.beynimizdə düşünərək, heç bir hərəkət etmədən idarə edəcəyik. Tanrı da ol deyibyaratmadımı?

Uşaqlığınızasəyahət etsək, sizi harda tapa bilərik?

- Çarpayının altında, şkafın içində. (gülür) Həmişə qorxduğum qaranlıqyerləri kəşf etməyə meyilli olmuşam.


Klassikədəbiyyat yoxsa postmodernizm?

- Yazmaqdanöncə peşəkar oxucu olmağa çalışmışam. Bunu da mənə yaradıcılıq fakultəsiöyrətdi. Klassik mətnlərin içində posmodern məqamlar yaxud tərsinə məqamlarlarastlaşmışam. Kitabı xobbi kimi,vaxt öldürmək üçün oxumuram ki, sırf bircərəyan seçim ancaq ona aid olan əsərləri oxuyum. Sistemli mütaliyəyə keçmişəm.Filmləri də bu cür sistemli izləyirəm.


Sonolaraq nə yazırsınız, planlarınız nədir?

- Bir neçə hekayənin eskizini cızmışam. Beynimdə ideyası, ilk cümləsi, soncümləsi qurulub. Lakin yazmağa başlamamışam. Hələ ki beynimdə yazılır. Oxuduqca bəzən yazmaqdan uzaqlaşıram. Önəmli olan bütünkitabları oxuduqdan sonra rahat oturub yazmaq istəyirəm. Həm də yazı dilimformalaşsın deyə Azərbaycan ədəbiyyatını dərindən oxuyuram. 3 ildir üzərindəişlədiyim romanı da arada yazıram, silirəm. Kitabın üz qabığı ilə bağlırəssamla müzakirələr edirəm. Elə bir şey yazmaq istəyirəm ki, cəmiyyətimizdəinqilaba səbəb olsun. Bariyerləri tamamən aşsın.