adalet.az header logo
  • Bakı -°C
13 May 2026 09:56
67
GÜNDƏM
A- A+

Dərnəgüldən rayonlara getmək mümkün olacaq

İyunun 6-dan etibarən sərnişinlər Dərnəgül dayanacağından qatarla birbaşa bölgələrə səfər edə biləcəklər.

Adalet.az  xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, ADY-nin yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından aşağıdakı marşrutlar üzrə reyslər həyata keçiriləcək:

- Bakı-Qazax-Bakı

- Bakı-Ağstafa-Bakı (əlavə reyslər)

- Bakı-Balakən-Bakı

- Bakı-Qəbələ-Bakı

Qeyd olunub ki, sərnişinlər biletləri artıq ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.