Dərnəgüldə evlər sökülür - Sakinlər ölçmə metodundan narazıdırlar - VİDEO

Dərnəgüldə tikinti bazarının arxa hissəsindəki evlər sökülür.
Adalet.az Xəzər TV-yə istinadla xəbər verir ki, sözügedən ərazi Şahmar Ələkbərov küçəsində yerləşir. Küçədəki evlərin bir çoxunda xüsusi işarələr var. Bu işarələr rayon icra hakimiyyəti tərəfindən, sahəsi ölçülən evlərin müəyyənləşdirilməsi məqsədilə çəkilib.
Sakinlər bildiriblər ki, hətta icra hakimiyyətinin nümayəndələri tərəfindən evlərin ölçülməsinə başlanılıb. Onlar evlərin daxildən ölçülməsini düzgün hesab etmirlər, çünki evlərin həcmləri kiçikdir və sadəcə daxildən ölçmə kifayət etmir.
Qeyd olunur ki, ərazidəki evlərin əksəriyyəti sənədsizdir. Mənzillərin sahəsi ölçülməsinə baxmayaraq, sakinlərə veriləcək kompensasiyalarla bağlı heç bir məlumat verilməyib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Digər Xəbərlər

Ağalıda gecənin sükutu sakinlərin sevinc dolu səsləri ilə qarışır - VİDEO

Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - VİDEO+FOTOLAR

İlham Əliyev və birinci xanım yeni parkın açılışında - FOTOLAR
