adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
24 Avqust 2016 00:00
4085
HADİSƏ

Dəri-Zöhrəvi dispanserində yanğın baş verib

Bakıda yanğın baş verib. 

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda Səhiyyə Nazirliyinə məxsus üçmərtəbəli Dəri-Zöhrəvi dispanserində baş verib. Nəticədə dispanserin 2-ci mərtəbəsində həkim otağında 1 ədəd elektrik tənzimləyicisi yanıb.
 
Yüksək temperaturdan 1 ədəd kondisioner qismən ərimiş və döşəmə 0.5 m² sahədə qarsalanıb.
 
Dispanser binası yanğından mühafizə olunub.