adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 May 2019 17:24
16712
ƏDƏBİYYAT

Dərdim Dağa Bənzəyir


İntizarınlövbər salıb

Gözləriminiçindədir.

Ümidimi dumanalıb,

Dərdim o dağbiçimdədir...

İtirmişəmyolu, izi,

Qayalardır həmdəmyerim.

Bu sevdadannecə keçim?

Çaylar, mənəyol göstərin...

Gedim yarın bağçasına,

Bəlkə üzümgülə bir az.

Bu həsrətin nəşəsindən

Qəlbim doyar,gözüm doymaz...

Qeyrətə Gəl

Göz dikərək məntanrının gözünə,

Çoxkasıbam-dedim, görüm sözü nə?

Dedi, bəndəm,güman gətir özünə,

Qeyrətə gəl,at kasıblıq daşını.

Halal ruzidayanıbkən qarşında,

Nə gəzirsənözgə ocaq başında?

Qismət axtaröz suyunda, aşında,

Qeyrətə gəl,at kasıblıq daşını.

Salamatsan- gecə-gündüzsızlama,

Tənbəlliyəqucaq açıb nazlama.

Qəddin əyibözgədən pay gözləmə-

Qeyrətə gəl,at kasıblıq daşını...


Əlimdəki Çiçəkdir

Sən bir çiçək,

mən bir arı.

Hər kəs

bilsinolanları,

O tər qönçə

dodaqlardan

şəkər

çəkə bilmirəmsə,

neyləyirəm

o vüqarı,

əlimdəki

çiçək dolu

budaqları?..


ÜzürəmNədən

Payızımdırcanda, qışımdır yoxsa?

Sazaqlariçində süzürəm nədən,

Yayın hərarətiməndən yan keçib,

Buzlu dəryalardaüzürəm nədən.

Bu necə zillətdir-çəkirəmzorla,

İblis hökm eləyir,insanlıq torda.

Cahillər meydanda,aqillər harda?..

Bu zülmə hələdə dözürəm nədən.

Silahlar oxolub batır gözümə,

Terror küləkkimi dəyir üzümə,

Qəzəbləyumruğu vurub dizimə,

Ömrümü, özümüəzirəm nədən.

Ayağım dəyməyirCıdır düzünə,

Mən həsrətqalmışam Şuşa üzünə.

Baxdıqca dünyanınqanlı gözünə,

Yarpaq təksaralıb əsirəm nədən.

Demə ki,Firudin niyə küskündü,

Bu gün dünənkindəndaha pis gündü,

İnsanlıq birsonsuz yola sürgündü -

Cavabınaxtarıb gəzirəm nədən.


Görəcəksən

Bu həyat belədir,canım, ürəyim,

Sənə kimdəndeyim, nədən söyləyim?

Qaya gümanyerim, dağa söykənim-

Bir günqapımızda qış görəcəksən.

Hələ gülqoxuyur bu meşə, bu dağ,

Sözlüdürbudaqlar, səslidir yarpaq.

Bir gün ayaqaltdan sular qaçacaq,

Yanan əllərimdədaş görəcəksən.

Nə dərdləryaşadım-halıdır dünya,

Çiçəklərönündə xalıdır dünya.

Kimdən sözistəsin yaralı dünya?!

Ağlayangözümdə yaş görəcəksən.

Nəyedim-ağzımda bir tam qalmadı,

Firudin, sözgetdi, ilham qalmadı.

Dahayapışmağa adam qalmadı-

Bir gün əllərimiboş görəcəksən.


UlduzOlarsan

Yerdəsən,qisməti göydə arama,

Birdən görünməyənulduz olarsan.

Azıb kainatınənginliyində

Əlimiz yetməyənbir qız olarsan.

Eşqin, məhəbbətintapmaz ünvanı,

Ağacda yarpaqtək hey sozalarsan.

Tək olaninsanın olmaz amanı,

Hər gələnağızda bir söz olarsan...

Yerdəsən,qisməti göydə arama,

Demə ki,sabahın üzü yaxşıdır.

Firudin busözə deyər ürəkdən:

Alovlan,ocağın közü yaxşıdır.


Atını Çap Dörd BirYana..

1-ci şeir

Dörd bir yanaçap atını,

Ömrünü süryana-yana.

Bu gərdişin hərsaatı

Qənimətdir,bil, insana.

Ulduz axdı,bürc sürüşdü,

Sirrinə çatanolmadı.

Çox fatehləratdan düşdü,

Düşəndə tutanolmadı.

Bir tərəfdənyalan dünya,

Bir tərəfdənkalan dünya.

Çoxlarınınyas halvasın

Sağlığındaçalan dünya...


2-ci şeir

Əbədidir,yoxdur sonu,

Gəl üzünəgülmə onun.

Bir mərhəmətsorağıyla

Min zillətəsalan dünya.

Dərdin çəkməkbu dünyanın

Təkcə sənəqalmayıb ki.

Atın minmə-boşxülyadır,

Onda yüyənolmayıb ki...

Ağlamaqdangözüm axdı,

Eşq yolundasındı belim.

Xəzan gəldibahar vaxtı,

Qönçə ikənsoldu gülüm...


3-cü şeir

Ürək küsübqan eylədi,

Dilək məndənyan eylədi,

Həsrət canadivan tutdu,

Vüsal yerindan eylədi.

Səmadan birulduz axdı,

Könül həsrətçəkib baxdı,

Demə ümidulduzummuş,

Qəlbimiyandırıb yaxdı.

Tale mənə nəvermişdi,

Yarıyoldatutub aldı.

Qönçə dolugülüstanı

Xəzan vurdu,külü qaldı.


4-cü şeir

Gəl sevgimi çəkmədara,

Salma məniintizara,

Pak sevdanınhavasıyla

Sən də məniaxtar-ara

Dörd bir yanaçap atını,

Ömrünü süryana-yana.

Bu gərdişin hərsaatı

Qənimətdir,bil, insana...


Gedibdir

Bəxtimin ilkoxu tuş gəldi daşa,

Sevgim dərdiçində, huşu gedibdi.

Ürək cuşa gəlibçətin ki coşa,

Boş qalmışyuvadır-quşu gedibdir.

Nə vaxtqayıdacaq, könlüm, o gözəl,

Nə qoşma köməkdir,nə də ki qəzəl.

Ayaqlaraltında yarpağam-xəzəl,

Üzüyəm,üstünün qaşı gedibdir.

Firudindoymadı bu intizardan,

Əlini üzmədiqışdan, bahardan

Vardır təmənnasıo gələn yardan-

Dönüb biraqilə, naşı gedibdir.