Dərd çəkirik, qəm çəkirik, biraz da qəlyan çəkək!

Millət vəkili qəlyanla şəkil çəkdirib və sosial şəbəkədə paylaşıb.
Sosial "şəbədə"lər də düşüb Razi bəyin canına ki, o boyda millət vəkilisən, ayıb deyil? Qəlyanı təbliğ etmək sizə yaraşırmı?
Bunları yazanlar unudublar ki, ölkədə qəlyan çəkmək artıq illərdir ki, çox adi və normal bir əyləncə, istirahət növüdür. Hətta deyərdim ki, qida vasitəsidir.
Bu qədər çayxana, çay evi, kafe - adı nə olursa olsun, bunun biznesilə məşğuldur. Ölkədə qəlyan biznesi ən yaxşı gəlir gətirən sahələrdən biridir.
İndi nə oldu, bir millət vəkilinin qəlyanla şəkli "çest"inizə toxundu?
Tutaq ki, Razi Nurullayev qəlyanla yox, hansısa kitabla, yəni faydalı bir şeylə şəkil çəkdirsəydi, müzakirə edəcəkdinizmi?
O rəylərinizə and olsun, yox!
Ona görə də tüstülədin, tüstüləyin, xanımlar və cənablar!
Razi bəy demiş, dərd çəkirik, qəm çəkirik, biraz da qəlyan çəkək!
Eminquey
Digər Xəbərlər

Dünyanın ƏN ŞİRİN nəvəsi

Bakı metrosunda uşaq DOĞULDU

Gavalı var ki, şaftalıya oxşayır...

20 yaşında öz dövlətini qurdu, vətəndaşları da var

Braziliyada heyvanların üzərində sınaq keçirilməsi qadağan edildi

Marga Wellness” və “Dreamland” məşhurları Bakıda bir araya gətirib - FOTOLAR

"Park Bulvar" media nümayəndələri ilə görüş keçirib - FOTOLAR
