Dərbənddə kilsə və sinaqoqa hücum: polislər öldürüldü - YENİLƏNİB + VİDEO
Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində 7 nəfər ölüb, 25 nəfər yaralanıb.
Adalet.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat verib.
Ölənlərdən 6-sı hüquq-mühafizə orqanlarının əməkdaşıdır.
Məlumata görə, silahlıların axtarışı davam edir. Mahaçqalada hücum edənlərdən ikisinin öldürüldüyü məlum olub. Ən azı daha iki nəfər saxlanılıb.
Hücum edənlərin sayı məlum deyil.
Hazırda da silahlı toqquşmalar davam edir.
21:04
Dərbənd və Mahaçqalada iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna hücum nəticəsində Rus Pravoslav Kilsəsinin keşişi və polis əməkdaşları həlak olub.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Antiterror Komitəsi məlumat yayıb.
Silahlı hücum zamanı yaralıların sayı 23 nəfərə çatıb.
Hüquq-mühafizə orqanları cinayətkarların axtarışı və tutulması üçün tədbirlər həyata keçirir.
*** 20:12
Dağıstanda kilsə və sinaqoqa, polis bölməsinə silahlı basqın olub.
Adalet.az xəbər verir ki, Mahaçqaladakı sinaqoq və kilsəni yandıran naməlum şəxslər polisi də atəşə tutub.
Nəticədə 1 polis əməkdaşı ölüb, bir neçə nəfər yaralanıb.
Ölənlər barədə məlumat hələlik yoxdur.
Digər Xəbərlər
24 Sentyabr 2026 09:43
Həmin baza “Fort Tramp” adlandırılacaq
23 Sentyabr 2026 22:10
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü
23 Sentyabr 2026 21:00
Ərdoğan şeir söylədi, Binali Yıldırım göz yaşlarına boğuldu - VİDEO
23 Sentyabr 2026 20:00
Hindistan meymunların hücumunda - Daha bir nəfər öldü
23 Sentyabr 2026 19:46
Vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir - Diplomat
23 Sentyabr 2026 19:31
Putini G20 sammitinə dəvət etdilər
23 Sentyabr 2026 19:21
Trampın həmin sözləri şübhəlidir - KİV
23 Sentyabr 2026 19:18


Bakı -°C

