adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Yanvar 2020 09:12
68697
SİYASƏT

DEPUTATLIĞA NAMİZƏDİN UĞURLU GÖRÜŞLƏRİ

Bu gün 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Nahid Bağırovun Saatlı mədəniyyət mərkəzində seçiçilərlə kütləvi görüş keçirildi. Görüşə 500 nəfərə yaxın Saatlı sakini toplaşmışdı. Bu möhtəşəm toplantı qarşısında çıxış edən Nahid Bağırov öncə, ona hörmət əlaməti olaraq bir araya gəldikləri üçün hər kəsə təşəkkürünü bildirmişdir. Deputatlığa namizəd təbliğat kompaniyasının keçən dövrü ərzində gördüyü işlər və öz platforması haqqında geniş məlumat verərək, əgər onların etimadıni qazanıb Deputat seçilərsə, görəcəyi işlər barədə öncədən geniş məlumat vermişdir. Öz gələcək fəaliyyətini görüşə gələnlərə açıqlayan Millət vəkilliyinə namizəd  toplaşanlardan tədbiri dialoq formatında keçirməyi xahiş edib. Elə bu formada da davam dən görüş zamanı 62 saylı Saatlı seçki dairəsindən namizədliyini irəli sürmüş Nahid Bağırov öz seçicilərinə müraciət edib.

Hörmətli seçicilər! Əziz Saatlı sakinləri!

Öncə hər birinizi ürəkdənsalamlayıram! Bu gün sizin qarşınıza çıxmaq, sizinlə üzbəüz dayanıb gələcəyəyönəlmiş planlar barədə danışmaq, sizləri dinləmək mənim üçün həqiqətən də xoşdurvə deputatlığa namizəd kimi böyük bir şərəfdir. Zəhmət çəkib bu görüşə gəldiyinizə,mənə sizinlə öz fikirlərimi bölüşmək imkanı yaratdığınıza görə hər birinizə təşəkküredirəm!

Bilirsiniz ki, fevralın 9-dakeçiriləcək növbədənkənar parlament seçkiləri Azərbaycanın qanunvericiorqanının tarixində də yeni bir səhifə açacaq. O mənada ki, indi ölkədə çoxgenişmiqyaslı islahatlar dövrü başlayıb və bu dövrdə vətəndaşların Milli Məclisdəngözləntiləri də dəyişib. Cənab Prezident İlham Əliyev də yeni parlament barədədanışarkən gələcək deputatlara öz tövsiyələrini verib. Dövlət başçısı yeniseçiləcək deputatlara tövsiyə edib ki, onlar öz dairələrində daha fəalolsunlar, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar da öznövbələrində "yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar”. Bubaxımdan əminəm ki, yeni Milli Məclis sözün yaxşı mənasında daha fərqli, dahaçevik bir qurum olacaq.

Təbii ki, indi seçicinin özü dədaha tələbkardır, parlamentin fəaliyyəti barədə daha aydın təsəvvürlərəmalikdir. İndi seçici sosial-iqtisadi inkişaf meyllərini, ölkədəkiictimai-siyasi prosesləri daha dərindən bilir və yaxşı başa düşür ki, islahatlardövründə deputat onun səsinə çevrilməlidir. Mən də bu görüşə sizin parlamentdəkisəsiniz olmaq, sizin sözünüzü yeni Milli Məclisdə demək, təşəbbüsləriniziqanunvericiliyin daha da təkmilləşdirilməsinə yönəltmək niyyətilə gəlmişəm.



Bilirsiniz ki, mən özəl sektoru,qeyri-neft sektorunu təmsil edirəm. Ona görə də Saatlıdan deputatlığa namizədliyimiirəli sürərkən bu rayonun sosial-iqtisadi göstəricilərini, mövcud problemləri vəgələcək inkişaf perspektivlərini dərindən təhlil etmişəm, özəl sektordakı vəziyyətiaraşdırmışam. Görüşümüzdə bu məsələlər barədə də ayrıca danışacam.

Sevindirici haldır ki, bu günSaatlı ölkədəki genişmiqyaslı sosial-iqtisadi inkişaf prosesinin bir hissəsinəçevrilməyi bacarıb. Son illərdə ölkəmizdə görülən işlər isə göz qabağındadır.Bu gün Azərbaycan cəmi bir neçə onillik əvvəlki dövlət deyil. Ulu öndər HeydərƏliyevin memarı olduğu müasir Azərbaycanregionun lider dövlətinə çevrilib, iqtisadiyyatın inkişafı istiqamətində çoxböyük işlər görülüb. Uğurla həyata keçirilmiş dövlət proqramlarında, habeləregionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlardanəzərdə tutulmuş vəzifələr vaxtında və düzgün icra olunub. Bu da öz növbəsindəölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərinvə sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə gətiribçıxarıb. Sahibkarlıq mühiti daha da yaxşılaşdırılıb, yeni müəssisələr, iş yerləriaçılıb. Əhalinin məşğulluğu artıb, yoxsulluq səviyyəsi azaldılıb.



Əziz seçicilər!

Hamımıza yaxşı məlumdur ki, 2004-cü ildən başlayaraq uğurla icra olunanDövlət proqramları regionların, şəhər, qəsəbəvə kəndlərin simasını köklü şəkildə dəyişib. Hazırda əsas məqsədlərdən biri ölkəregionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində əldəolunan nailiyyətləri daha da artırmaqdır . Bu Dövlət Proqramının əhatə etdiyi regionlardanbiri də Saatlının da daxil olduğu Aran iqtisadi rayonudur.

Azərbaycan kəndinin inkişafına xüsusiəhəmiyyət verən dövlətimiz aqrar sahənin inkişafını da diqqətdə saxlayır. Odurki, bununla bağlı həyata keçirilən tədbirlər də əsas prioritet istiqamətlərdəndir.Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərinverilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahədəinfrastrukturun yaxşılaşdırılması, həyata keçirilən meliorativ tədbirlər,aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək üçüngörülmüş işlər bu sahənin inkişafına güclü təkan verib. Bunun nəticəsidir ki,ötən dövrdə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik vəheyvandarlıq sahələri inkişaf etdirilib, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsidaha da yaxşılaşdırılıb. Ötən müddət ərzində iri fermer təsərrüfatları,aqroparklar, intensiv bağçılıq təsərrüfatları, müasir istixanalar, logistik mərkəzləryaradılıb, kənd təsərrüfatı məhsulları istehsalının inkişafına xidmət edəninfrastrukturun maddi-texniki bazası möhkəmləndirilib. Dövlət proqramları çərçivəsindəsahibkarlığın inkişafı sahəsində sistemli və ardıcıl tədbirlər həyata keçirilib.Bundan əlavə, qanunvericilik bazası təkmilləşdirilib, inzibati prosedurlar sadələşdirilib,vergi yükü azaldılıb. Başqa sözlə, sahibkarlığa sistemli dövlət dəstəyi tədbirlərihəyata keçirilib.

Regionların dayanıqlı inkişafının təminolunması, yaşayış üçün rahat şərait yaradılması, bölgələrdə, o cümlədən kəndyerlərində yaşayış tərzinə müsbət münasibətin formalaşdırılması vacib məsələlərdəndir.Regionlarda əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluğun azaldılması,o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi diqqətmərkəzindədir. Regionlarda təhsil, səhiyyə və digər sosial xidmətlərin səviyyəsininyaxşılaşdırılması istiqamətində stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinədə xüsusi önəm verilir.



Digər bir istiqamət kəndlərdə yolvə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, əkin sahələrinin suvarmasuyu ilə təminatının yaxşılaşdırılmasıdır. Bu gün rayonda qeyri-neft sektorunun inkişafı xüsusidiqqət mərkəzindədir. Dövlət Proqramına sənayenin inkişafı istiqamətində tədbirlərindavam etdirilməsi, o cümlədən pambıqemalı zavodunun istehsal gücünün artırılması, yem məhsullarının istehsalı vəemalı müəssisəsinin yaradılması da daxil edilib.

Məlumdur ki, qarşıdakı illərdə rayonda kənd təsərrüfatı məhsullarıistehsalı və emalı sahəsinin inkişafına xüsusi diqqət yetiriləcək. O cümlədənbalıq yetişdirilməsi kompleksinin tikintisi, badam və nar bağçılığı,taxılçılıq, pambıqçılıq, quşçuluq üzrə aqroparkın yaradılması, nar şirəsiistehsalı zavodunun tikintisi, soyuducu anbar kompleksinin yaradılması, kənd təsərrüfatıməhsullarının istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texnikibazasının möhkəmləndirilməsi planlaşdırılır. Yol təsərrüfatı və nəqliyyatıninkişafı, yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin girişyollarının və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidənqurulmasının və əsaslı təmirinin davam etdirilməsi istiqamətində ciddi işlərgörüləcək. Kommunal xidmətlərin, elektrik enerjisi təminatının, qaz təchizatının,içməli su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsindəişlərin davam etdirilməsi nəzərdə tutulur. Rabitə xidmətlərinin, torpaqların sutəminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması üçünmeliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi, sel və daşqınsularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində işlərin davametdirilməsi də Dövlət Proqramına daxil edilmiş məsələlərdir. Mənzil şəraitininyaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsinə də ciddidiqqət yetiriləcək. Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən işsiz,xüsusilə əmək qabiliyyətli ünvanlı sosial yardım alan, habelə sosial müdafiəyəxüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin özünüməşğulluqproqramına cəlb olunması rayonda işsizlik probleminin həllinə mühüm töhfə verəcək.Səhiyyə və təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərindavam etdirilməsi kimi tədbirlər də diqqətdə saxlanılacaq.

Lakin hələ də qarşımızda mühüm işlər dayanır ki,bunlardan biri də kənd təsərrüfatının inkişafıdır. Əgər səsverib etimad göstərsəniz, mən də Saatlıda kənd təsərrüfatının inkişafına öztöhfəmi əsirgəməyəcəm. İlk növbədə çalışacağam ki, Dövlət Proqramında Saatlıyaaid bütün tədbirlər vaxtında həyata keçirilsin. Regional yem zavodununtikintisi, narçılığın inkişafı, pomidor tədarük mərkəzinin inşası da planlarımadaxildir. Saatlı Aran bölgəsinin incilərindəndir, burada ov təsərrüfatınıninkişafı, turizm məqsədli proqramların həyata keçirilməsi üçün geniş imkanlarvar. Bu məqsədlə Muğan-mərkəz turizmi ideyasının gerçəkləşdirilməsinə xüsusidiqqət yetirəcəm. Turizmin inkişafı isə rayonun büdcəsinə əlavə vəsait daxilolmasına, əhalinin rifah halının daha da yaxşılaşmasına gətirib çıxaracaq.

Gələcək fəaliyyətimdə texniki susistemlərinin qurulması, yeni su kanallarınıninşası ilə bağlı məsələlərin həlli üçün müvafiq qurumlarla əlaqə yaradacam. Dərmanbitkilərinin tədarükü tədbirləri də diqqət yetirəcəyim məsələlərdən olacaq.

Hörmətli seçicilər!

Bizim xalqın ən gözəl xüsusiyyətlərindənbiri böyüklərə hörmət, gənclərə qayğıdır. Ona görə də yaşlı insanlarımızınrahatlığı, istirahəti üçün şərait yaradılması məsələləri diqqətimdə olacaq.Eyni zamanda, özüm də gənc olduğum üçün, gənclərin problemlərinə yaxşı bələdəm.Çalışacam ki, gənclərin məşğulluğunun təmin edlməsi üçün dövlətimizin gördüyüişlərə dəstək verim. Rayon gənclərinin asudə vaxtının səmərəli təşkili, onlarıntəhsili, özlərini inkişaf etdirməsi ilə bağlı konkret niyyətlərim var. Aparıcıxarici dillərin öyrədildiyi kursların təşkili, kompyuter məktəbinin yaradılması,gənclərə informasiya texnologiyaları sahəsində biliklərin öyrədilməsi vacibhesab etdiyim məsələlərdəndir və bu istiqamətdə konkret addımların atılmasıüçün əlimdən gələni əsirgəməyəcəm.

Bilirsiniz ki, mən özəl sektoru təmsiledirəm. Bu sahədə olan problemləri dərindənbilirəm. Çox yaxşı haldır ki, bu gün Azərbaycanda həyata keçirilən yeniiqtisadi modeldə sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Mən də çalışacağam ki,sahibkarlarla sıx təmasda olum, onların qaldırdığı hər bir məsələnin operativ həlliüçün müvafiq qurumlar qarşısında məsələ qaldırım, yeni qanunvericilik təşəbbüsləriilə çıxış edərək biznesin daha da inkişafına öz töhfəmi verim.

Əziz seçicilər!

Təbii ki, bütün bu planlardandaha öndə olan bir plan, bütün arzularımızdan daha yüksək olan bir arzumuz varki, bu da bizim Qarabağımızla bağlıdır. Bilirik ki, Azərbaycan Dağlıq Qarabağmünaqişəsini müharibə yolu ilə həll etmək üçün kifayət qədər güclüdür, bütüniqtisadi və hərbi resurslara malikdir. Ermənistan isə ölkəmizlə müqayisə beləoluna bilməz. Bu ölkə miskin durumdadır və bunu erməni siyasətçilərinin özləridə yaxşı bilir. Əminəm ki, dövlətimizinyürütdüyü siyasətin nəticəsi olaraq çox tezliklə bu problem də həllini tapacaq.Bunun üçün isə ciddi işləmək, bütün mümkün vasitələrdən istifadə edərək səsimizidünyaya çatdırmaq lazımdır. Əgər etimad göstərsəniz, mən də münaqişənin sülhyolu ilə həlli barədə məsələlərin dünyanın müxtəlif dövlətlərinin parlamentlərindətəmsil olunan şəxslərə çatdırılması üçün əlimdən gələni əsirgəməyəcəm. Eynizamanda, bu problemin qurbanları olan qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin,ümumiyyətlə, həssas qrupların qaldırdığı məsələləri, onların problemlərini daimdiqqətdə saxlayacam.

Hörmətli Saatlı sakinləri!

Biz bu yola birlikdə çıxmışıq. Bizislahatlar dövrünün Azərbaycanının daha güclü dövlətə çevrilməsinə, vətəndaşımızınrifah halının yaxşılaşdırılmasına birgə töhfə verəcəyik. Bu yolda mən sizə,sizin dəstəyinizə, etibarınıza, inamınıza arxalanıram. Sizə güvənirəm, səsiminsəsiniz olacağına inanıram! Seçin ki, zaman sizə işləsin, müasir, inkişaf etmişSaatlını birgə quraq!