Deputatdan kəskin sözlər:"Samvel Babayan kimdir ki, bizə Qarabağı təhvil versin?

Hazırda sosial şəbəkələrin erməni seqmentində gərgin müzakirələr davam edir. Erməni media orqanları iddia edir ki, Qarabağdakı separatçıların qondarma “Təhlükəsizlik Şurası” nın “sabiq üzvü” və 1994–2000-ci illər arasında qurumun keçmiş “ baş komandan”ı Samvel Babayan Qarabağda etirazları qızışdırmaq, “idarələr”in girişlərini bağlamaq və Xankəndidə “2018-ci ilin inqilabi ssenarisi”ni təkrarlamaq niyyətindədir”. 28 mayda isə Babayanın komandasında dava düşməsi onu bir daha müzakirə hədəfi edib. Yenə də sosial şəbəkə üzvləri düşünür ki, Samvel Babayan ötən ilin dekabrından Qarabağa gəlməkdə məqsədi Qarabağı Azərbaycana sakit şəkildə təhvil verməkdi və bunu “anlayan” dəstə üzvləri arasında fikirlər üst-üstə düşmədiyi üçün dava başlayıb.
Doğrudanmı, Samvel Babayan Qarabağı Azərbaycana təhvil vermək üçün 6-7 aydır Xankəndidə məskən salıb?Babayan hansı səlahiyyətlə bu məsuliyyəti boynuna götürüb?
Adalet.az –ın oxucularını maraqlandıran bu sualların cavabını Azərbaycan Milli Məclisinin deputatı Aqil Abbasdan soruşduq.
Deputat bildirdi ki, Ermənistan Azərbaycan arasındakı fikir mübadiləsi yalnız Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın səlahiyyətindədir: "Düzdür, Ermənistan Azərbaycan arasında baş tutan görüşlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də, Rusiya Prezidenti Vladimir Putin də iştirak edir və ədalətli qərarın verilməyinə dəstək nümayiş etdirirlər.
Bildiyiniz kimi, ötən həftə Ermənistan Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıdı ki, bura Qarabağ da daxil idi. Baxın, bunu Ermənistan höküməti adından hansısa bir “eks” yox, Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında açıqladı.
Əlbəttə, Paşinyan da bunu könül xoşluğu ilə etməyib. Azərbaycan ərazisini Ermənistana tanıtmaq üçün Azərbaycan ordusunun və Azərbaycan siyasətinin qüdrəti danılmazdır.
Azərbaycan xalqını təmsil edən dövlət başçısı İlham Əliyev xalqın haqq səsini uzaqgörən, bacarıqlı, səriştəli siyasəti və dəmir iradəsi ilə dünyaya duyurdu. Dünya da haqqın tərəfində durdu.
Prezident İlham Əliyevin Laçından açıq mətnlə verdiyi mesaja ABŞ Dövlət Departamentinin reaksiyasından yəqin ki, xəbəriniz var. Yenə də deyirəm: Azərbaycan Ordusu və Ali Baş komandan olan yerdə, dövlətimizin dünyanın gözü qarşısında dürüst və hərtərəfli siyasət aparması sayəsində Qarabağ hazırda deyure və de fakto Azərbaycan ərazisidir. Babayan kimdir? hansı prosesdə iştirakı olub? Separatçılar həmişəki kimi reallığa uyğun olmayan fikirlər səsləndirir. Bu tip xəbər paylaşmaqları isə əslində özlərinin çarəsiz durumda olduqlarını “ört- basdır” etməkdən başqa bir şey deyil!"
Qeyd edək ki, 28 mayda Laçına səfəri zamanı ölkə prezidenti çıxış etdi.O Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt edilə biləcəyini elan etmişdi. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə bu sözlərə bu cür reaksiya vermişdi: “Prezident Əliyevin amnistiya ilə bağlı son bəyanatlarını alqışlayırıq”.
Əntiqə Rəşid
Digər Xəbərlər

Bakı metrosu "Qarabağ"ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək

Sabah Bakı, Abşeron və Sumqayıt üzrə pensiyalar ödəniləcək

Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edəcək - FOTO
