Deputat tarixi abidələrin iş adamlarına verilməsini təklif edib

"Nə isə yaddan çıxıb qalıb ki, indi bu qanuna dəyişiklik edirik? Yenidən nə isə əlavə etmək lazımdırsa, bu, açıqlanmalıdır. Bu abidələr pasportlaşdırılırsa, onun sonrakı aqibəti nə olacaq?"
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.
Deputat bildirib ki, abidələrin bir çoxu uçub-dağlır: "Hamımız şimal zonasında bunu görmüşük. Həmin abidələrin sarayında gündə bir kərpic düşür. Abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar. Bunun başqa yolu yoxdur. Məsələ qaldırırıqsa, bunun soneakı halında düşünməliyik. Abidələri pasportlaşdırdıq, hə nə olsun?", - deyə deputat bildirib.
Digər Xəbərlər

Anar Ələkbərov “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisində - FOTOLAR

İncəsənət təhsilində fərqlənən müəllimlər “Üzeyir Hacıbəyli Mükafatı” ilə təltif olunacaq

Dünya opera ulduzları Türkiyənin qədim amfiteatrında: Möhtəşəm Aralıq dənizi festivalı başlayır – FOTOLAR

İki böyük sənətkar - Məhəbbət Kazımov Rəmiş! - VİDEO

Musiqi və incəsənət məktəblərinə qeydiyyat uzadılıb

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin -FOTOLAR

Memarlıq abidəsinin fasadına zərər yetirən metal konstruksiyalar sökülür
