Depo tikiləcək və ətrafında 1000-ə yaxın ağac əkiləcək - FOTOLAR
Dövlət proqramı çərçivəsində inşa edilən “Dərnəgül” elektrik deposu strateji obyektdir. Depo tikildikdən sonra ətrafında minə yaxın ağac əkiləcək.
Adalet.az xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini İman Quliyev “Dərnəgül” elektrik deposunun inşası zamanı layihə altına düşən yaşıllıqlarla bağlı ictimai dinləmədə deyib.
O bildirib ki, bu layihə nəqliyyat infrastrukturunun inkişafı üçündür:
“Bununla bağlı sənədlər bizə təqdim olunub və ekspertizası keçirilib, tövsiyələr verilib. Layihənin icrası üçün plana düşən ağacların yalnız köçürülməsi olacaq. Yaşıllıq landşaftı layihədə öz əksini tapmalıdır. Əks hal mümkün deyil. Ciddi nəzarət aparılır. Çalışırıq ki, həm layihələr icra olunsun, həm də ekoloji tədbirlərə əməl edilsin”.
“Bakı Metropoliteni” QSC-nin Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamentinin rəisi Aftandil Bayramov isə əlavə edib ki, deponun tikintisi aparılacaq ərazidən 460-dan çox ağac köçürüləcək və bunun əvəzində minə yaxın ağac əkiləcək.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

