Dennitsa adlı mələk niyə şeytana çevrildi?
Mələklərin şeytana çevrilməsi mövzusu müxtəlif dinlərdə və mifologiyalarda fərqli şəkildə izah edilir. Bu barədə ən qədim mənbələr arasında “Enokun kitabı”nda, Bibliyada, xristian və islam qaynaqlarında məlumatlar yer alır. Bizə məlum olan ən qədim peyğəmbərlərdən biri, kral Enokun kitabında “düşmüş mələklər” insan övladı olan qızlara aşiq olub onlarla evlənərək yer üzündə yaşayan mələklərə deyilir. “Enokun kitabı”nda “düşmüş mələklər”in hekayəsi daha geniş təsvir edilib.
Bibliyada Tanrıya itaətdən boyun qaçıran Dennitsa adlı mələyin cənnətdən qovulduğu qeyd olunur. Dini rəvayətə görə Dennitsa bilgili bir mələk olur və tanrılıq iddiasına düşür. O, bir neçə mələklə təkəbbür göstərərək öz Tanrısına üsyan edir. Tanrının qəzəbinə gələn həmin mələklər cənnətdən qovulurlar, beləliklə Dennitsa Şeytana çevrilir. Üsyan edən mələklərin "düşmüş mələklər" adlandırılması onların göylərdən yerə və ya cəhənnəmə düşməsi ilə əlaqələndirilir.
Bəzi dinlərə görə “düşmüş mələklər” Şeytanın rəhbərliyi altında insanları yoldan çıxarmağa çalışırlar. Dini və mifoloji sistemlərdə Şeytanın mənşəyi və təbiəti haqqında müxtəlif fikirlər səsləndirilir. Bəzi mənbələrdə Şeytan Tanrıya itaət etməkdən boyun qaçırdan və buna görə cəzalandırılan bir mələk kimi təsvir olunur. Digər mənbələrdə, məsələn, yəhudilərin “Talmud”unda isə Şeytan insanlara sınaq üçün göndərilən varlıq kimi təqdim edilir. Ümumilikdə, Şeytan obrazının ən qədim kökləri Zərdüştilik dinindəki Əhrimənə qədər gedib çıxır. Əhrimən Zərdüştilikdə şər qüvvənin təmsilçisi, xaos və yalan Tanrısı kimi təsvir olunur. O, həmçinin işıq və xeyirxahlıq Tanrısı olan Ahura Mazdaya qarşı mübarizə aparır. Əhrimən obrazı yəhudi dininə də təsir edərək iudaizmdə Şeytan obrazının formalaşmasına səbəb olub. Yəhudi Bibliyasında Şeytan ilk dəfə "ha-Satan" (rəqib, ittihamçı) adı ilə xatırlanır və Tanrının sadiq bəndələrini sınağa çəkən fövqəltəbii varlıq kimi təsvir olunur. Lakin xristianlıqdan və islamdan fərqli olaraq, “yəhudilərin şeytanı” insanları sınağa çəkməyi Tanrının tapşırığı əsasında həyata keçirir. Yəni, “yəhudilərin şeytanı” bir növ, Tanrının xidmətçisidir.
Xristianlıqda isə Şeytan “İblis” adı ilə tanınır və Tanrıya qarşı üsyan edən, insanları yoldan çıxaran varlıq hesab edilir. Xristian teologiyasında Şeytan günahın, şərin və qaranlığın simvolu kimi qəbul edilir. İslam dinində də Şeytan “İblis” adı ilə tanınır və Tanrının əmrinə itaət etməyən, Adəmi və Həvvanı yoldan çıxaran varlıq kimi təsvir olunur.
Murad Köhnəqala
Digər Xəbərlər
22 Noyabr 2026 10:16
Heyvanların hüquqları qorunur, insanların yox!
21 Noyabr 2026 20:40
Ən böyük zərbəni qonşudan aldı...
18 Noyabr 2026 14:01
“PlayStation 5” udmaq istəyirdi, amma “Changan Q07” qazandı - Lotereya qalibi danışdı - VİDEO
18 Noyabr 2026 13:10
Dünya Türk Qəhvəsi Gününü qeyd edin və Hər fincanda Türkiyəni kəşf edin
18 Noyabr 2026 08:31
Marsda sirli buzlaqlar kəşf edildi
17 Noyabr 2026 16:47
Bakıda ilin ən uzun gecəsi olacaq: 14 saatdan çox - Tarix açıqlandı
17 Noyabr 2026 16:35
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?
17 Noyabr 2026 12:20


Bakı -°C

