adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Iyul 2016 21:00
6744
MƏMLƏKƏT

Dənizdə 2 nəfər batmaq təhlükəsi ilə üzləşdi

 Sumqayıtda və Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş iki şəxs xilas edilib.

 

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisələr Sumqayıt şəhərində və paytaxtın Xəzər rayonunda baş verib.

 

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicisi hadisə yerlərinə cəlb olunaraq vətəndaşlarısudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.