Dəmir yolu ilə 1,5 milyondan çox sərnişin daşınıb
Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-iyul aylarında 1 milyon 505,2 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 6,2 faiz artım müşahidə olunub.
Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 340 vaqon yüklənib, 399 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,7 min ton, Qərb istiqaməti üzrə 5,1 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.
Digər Xəbərlər
01 May 2024 09:10
Bakıda küləyin sürəti 20 m/s-dir - FAKTİKİ HAVA
30 Aprel 2024 18:36Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Aprel 2024 16:18Şuşaya qayıdış başlanır
30 Aprel 2024 16:18Baş nazir: "Salome Zurabişvili satqındır, xəyanətkardır"
30 Aprel 2024 14:12