adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Aprel 2017 14:52
6132
DÜNYA

Dəməşq: Qərb İŞİD-in kimyəvi silah anbarına zərbə endirib

Suriyanın Baş qərargahı beynəlxalq koalisiyanın "İslam dövləti” terror təşkilatının Deyr-Əz-Zoradakı kimyəvi silah anbarına zərbə endirdiyi barədə məlumat yayıb.

Adalet.az xəbər verir ki, Dəməşqin iddiasına görə, zərbə nəticəsində yüzlərlə insanölüb.Ölənlər arasında dinc sakinlərdə var.

Bununla yanaşı, TASS Suriyanın SANA agentliyinə istinadən kimyəvi silah anbarına vurulan zərbə nəticəsində yüzlərlə insanın zəhərləndiyinə dair məlumat yayıb. Ölənlərin sayı dəqiqləşdirilmir. Zərbə Deyr-Əz-Zoranın Calta ərazisində baş verib.