"Delimitasiya prosesində eksklav kəndlər məsələsi həllini tapacaq" - Nazir
Delimitasiya prosesi və demarkasiya istiqamətində iş davam edir. Bunun üçün hər iki ölkə tərəfindən xüsusi komissiyalar yaradılıb. Komissiyalara Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri rəhbərlik edir. Müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət bu komissiyaların fəaliyyəti mütəmadi şəkildə davam etdirilir.
Adalet.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
O bildirib ki, aparılan işlərin ilkin müsbət nəticələrinin də şahidi olmuşuq. Ötən illərdə təxminən 13 kilometrlik dövlət sərhəd xətti delimitasiya edilib. Daha sonra qısa müddət ərzində həmin ərazidə demarkasiya işləri də həyata keçirilib.
Bundan əlavə, komissiyaların fəaliyyətini tənzimləyən və gələcək işini müəyyən edən bir sıra normativ aktlar həm Azərbaycan, həm də Ermənistan tərəfindən razılaşdırılmış şəkildə qəbul olunub və hər iki ölkədə təsdiqlənib.
"Eyni zamanda, razılaşdırılıb ki, delimitasiya prosesi şimaldan cənuba — Azərbaycan-Ermənistan sərhədinin Gürcüstanla birləşmə nöqtəsindən başlayaraq İran sərhədinədək davam etdirilsin. Təbii ki, bu proses çərçivəsində eksklav kəndlərlə bağlı məsələlər də öz həllini tapacaq", - deyə C. Bayramov əlavə edib.
Digər Xəbərlər
27 Iyul 2026 16:45
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
27 Iyul 2026 10:33
“Onlardan ən çox müzakirə olunan nümunələrdən biri Adolf Eyxman işidir...”
27 Iyul 2026 10:23
“Tokayev müharibəni dayandırmaq çağırışı ilə həm də...”
27 Iyul 2026 10:20
Türkiyənin güclü olması regionda sülhün əsas təminatçısıdır – Politoloq
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10


Bakı -°C

