adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Aprel 2015 18:43
24800
HÜQUQ

Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Pərvanə Şükürovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmü ilə P. Şükürova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Pərvanə Şükürova vətəndaşların etibarından sui-istifadə edərək qızıllarını mənimsəyib.O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.