adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Dekabr 2019 08:31
45712
MARAQLI

Dekabrın son günü: Yeni il necə qarşılanır?

Hərbir xalqın, hər bir dövlətin, hər bir etnik qrupun, hər bir dinin özünəməxsusbayramları var. Amma elə bayramlarda var ki, onu sözün əsl mənasında beynəlxalqbayramdır. Onu bütün dünya səbirsizliklə gözləyir, təmtəraqla qarşılayır. Bəsyeni ili ilk dəfə kimlər qeyd edib?

Adalet.az Yeni il bayramı haqqında maraqlı məlumatlarıtəqdim edir.

Qədim ”Yeniil”

Təqvim ilinin yanvarın 1-dənhesablanmasının əsası eramızdan əvvəl 46-cı ildə Roma imperatoru Yuli Sezar tərəfindən qoyulub.Yanvar ayı giriş və çıxışların, qapıların və bütün başlanğıcların tanrısı Romaallahı Yanusun şərəfinə adlandırılıb.

Təxminən3 yüz il öncə 1700-ci illərdə rus çarı I Pyotr yanvarın 1-də Yeni ilin qeydedilməsi ilə bağlı qərar verdi. Elə həmin dövrdə də yolkaların bəzədilməsi, atəşfəşanlığınvə kostyum karnavallarının təşkili ənənəsi yarandı.

Rusiyada,eləcə də Azərbaycanda, həmcinin digər keçmiş sovet ölkələrində Qriqorian təqvimindənistifadə edilir, yeni il isə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə daxilolur. Ölkəmizdə yeni il dedikdə bəzənmiş yolka, bütün gecə davam edən şənliklər,bayram sağlıqları və yeni il hədiyyələri, eyni zamanda Şaxta baba yada düşür.Şaxta baba ağ xəzli qırmızı kürk geyinir. Onun uzun ağ saqqalı və əsası olur.O, Qar qız ilə birlikdə uşaqlara hədiyyələr gətirir.

Xalqlar və Yeni il

İngiltərədə uşaqlaryatmazdan əvvəl süfrəyə içinə Santa Klausun hədiyyə qoyması üçün boşqab, onunuzunqulağı üçün isə başmağın içərisinə ot qoyurlar. Saatlar gecə yarısını göstərəndəköhnə ilin evdən çıxması üçün ingilislər evin arxa qapısını açırlar. Sonra isəevin ön qapısını açır və yeni ili qarşılayırlar.

Macarıstanda yeni ilin ilksaniyəsində uşaqlar tütək, sümsü və fit çalmağa başlayırlar. Onlar inanırlarki, bununla şər ruhlar evdən qovulur və evə xoşbəxtlik gəlir.

Almaniyadayeni il gecəsi SantaKlausun uzunqulaqla gəldiyinə inanırlar. Burada da uşaqlar yatmazdan əvvəl süfrəyəiçinə Santa Klausun hədiyyə qoyması üçün boşqab, onun uzunqulağı üçün isəbaşmağın içərisinə ot qoyurlar.

İtaliyada köhnə ilin son dəqiqəsindəevdəki sınmış boşqabları, köhnə paltarları və hətta mebelləri atırlar. Uşaqlarisə gecə süpürgə üzərində möcüzəvi Befananın gəlməsini və sobanın borusundan evədaxil olmasını gözləyirlər. Bu sehrli pəri sobanın kənarına asılmışayaqqabıların içərisinə uşaqlar üçün hədiyyələr qoyur.

Çində yeni il fənər bayramıdır. Yeni il gecəsi küçələr vəmeydanlarda çoxlu sayda kiçik fənərlər yandırılır. Çinlilər inanırlar ki, fənərlərdənçıxan işıq şər qüvvələri uzaqlaşdırır.

Yaponiyada dindarlar bugündə məbədə gedib dua edirlər. Yeni İlə girərkən məbəddə zəngləri 108 dəfəçalırlar. Bununla şeytanı uzaqlaşdırdıqlarına inanırlar.



Həmingün düyüdən hazırlanan və Moçi adı verilən kekslər bişirilir.

Evləringirişinə uğur gətirəcəyinə inandıqları örtüklər asılır.

Hindistanda yeni ili il ərzindəsəkkiz dəfə qarşılayırlar. Qudi Padva adlanan belə günlərin birində nim-nimağacının yarpağını yemək lazımdır. Onun çox acı və xoşagəlməz dadı var. Ammahindlilər inanırlar ki, bu yarpaq onları xəstəlik və bədbəxtliklərdən hifz edəcək.

Bolqarıstanda yeni ili ənənəviolaraq evdə qarşılayırlar. Evin ən kiçiyi yolkanın qarşısında dayanaraq ailəüzvləri üçün mahnılar oxuyur. Ailə üzvləri isə ona hədiyyələr verirlər.

ABŞ və Kanadada Şaxta babanı SantaKlaus adlandırırlar. Santa Klaus ağ xəzli qırmızı gödəkcə və qırmızı şalvargeyinir. Başına da qırmızı papaq qoyur.

İsveçdə Şaxta babaqarmaqvarı burnu olan Yultomten və cırtdanboylu Yulnissardır. Onların hər ikisibayram günü pəncərələrin altına hədiyyələr qoyurlar.

Fransada iki Şaxta babavar. Onlardan biri Per-Noel, yəni Noel babadır. Zənbillərdə uşaqlara hədiyyə gətirənNoel baba çox xeyirxahdır. Digərinin adı isə Şalanddır. Uzunsaqqal Şaland xəzpapaq və isti palto geyinir. Onun səbətində nadinc və tənbəl uşaqlar üçünçubuqlar olur.

Yeniildə bu bayramı necə kecirilməsindən asılı olmayaraq əsas odur ki, il ərzində hərkəs arzu –diləyinə catsın! 2020-ci ildə xalqımıza firavanlıq, qələbə, hər birsahədə inkişaf və uğurlar arzu edirik!

Əntiqə Rəşid