“Dedi ki, barışmaq istəyirəm uşaqlarım tək qalıb” - Qusardakı qətlin detalları + VİDEO
Qusarın Hil kəndində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, keçmiş əri tərəfindən amansızlıqla qətlə yetirilən 32 yaşlı Diana Təyibovanın yaxınları “Baku TV”yə danışıb.
Bildiriblər ki, qadının meyiti kənddəki boş evlərdən birində tapılıb:
“Boğazını qayçı ilə kəsib. Ağzı, əl-ayağı da bağlanıbmış”.
“Diananı hadisədən bir həftə əvvəl mağazada görmüşdüm. Həmin gün onunla bir az söhbətləşdik. Diana yoldaşı ilə ayrılmışdı. Mənə əri ilə barışmaq istədiyini, uşaqlarının tək qaldığını dedi. Üç övladları var idi”, – deyə mərhumun başqa bir yaxını bildirib.
Hadisə ilə bağlı Qusar Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.Təyibov Rayon Prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
Daha ətraflı süjetdə:
Digər Xəbərlər
19 Dekabr 2025 11:47
Bu il narkotiklə bağlı 441 cinayət faktı aşkarlanıb
19 Dekabr 2025 10:18
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
18 Dekabr 2025 18:29
3 uşaq anası qayçı ilə qətlə yetirilibmiş - VİDEO
18 Dekabr 2025 12:42
Qusarda qadın əri tərəfindən öldürüldü - YENİLƏNİB
18 Dekabr 2025 11:13
Özlərini jurnalist kimi təqdim edib pul tələb etdilər - Polis saxladı
18 Dekabr 2025 10:33
Saxta sənədlər hazırlayaraq vətəndaşlara qarşı dələduzluq etdi
17 Dekabr 2025 13:38
Mütəşəkkil dəstə üzvləri saxlanıldı - VİDEO
17 Dekabr 2025 12:40


Bakı -°C

