adalet.az header logo
  • Bakı -°C
18 Dekabr 2025 11:13
85
KRİMİNAL
A- A+

Özlərini jurnalist kimi təqdim edib pul tələb etdilər - Polis saxladı

Balakəndə özlərini jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar.

Adalet.az xəbər verir ki, rayonda özlərini jurnalist kimi təqdim edən iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıb. Məlumata görə, onlar əsasən stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gəliblər və zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.