“Elektron siqaretlər cəmiyyət üçün dərin problemə çevrilmişdi...”
“Azərbaycanda elektron siqaretlərin qadağan edilməsi ilə bağlı irəli sürülən təşəbbüsün konkret kim tərəfindən irəli sürüldüyünü dəqiqliklə bilməsəm də, ideyanın formalaşmasında və Milli Məclisdə qəbulunda əməyi olan bütün tərəflərə təşəkkür edirəm”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Açıq demək lazımdır ki, elektron siqaretlər cəmiyyət üçün dərin problemə çevrilmişdi. Bir tərəfdən ailə büdcələrindən bu məhsullara axan və heç bir real dəyər yaratmayan vəsaitlər, digər tərəfdən isə uzunmüddətli sağlamlıq problemləri, səhiyyə xərcləri, sosial risklər və iqtisadi itkilər mövcud idi. Bu risklər arasında sağlamlıq problemləri ön sırada dayanırdı. Buna görə də bu addım bu il Milli Məclisdə qəbul edilən qanunlar arasında açıq şəkildə təşəkkür etdiyim ilk təşəbbüslərdən biridir”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

