adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Dekabr 2018 10:19
16657
İDMAN

DƏDƏM, NƏNƏM SƏNƏ QURBAN, GƏLMƏ, BALA

Mətbuatdaoxudum ki, Ayxan Cabbarlı adlı 15 yaşlı bir uşaq İsveçdə futbol ulduzuna çevrilməkdədir.Ölkənin «Savedalin İF U-19» klubunda oynayırvə klub da oynadıqları liqanın çempionu olub və əsas liqaya yüksəlib. Oölkəmizin 16 yaşlılardan ibarət millikomandasına da dəvət alıb, bir neçə benəlxalqoyunda iştirak edib və oyunundan da razı qalıblar. Oxudum ki, Azərbaycana gəlmək istəyir, burda oynamaqistəyr.

Dədəm,nənəm sənə qurban, gəlmə, bala. Elə millətimizin adını İsveçdə ucalt, sən də bizim Məsud Özil ol. Biz də sənlə fəxr edək. Gəlsən,burda formadan düşəcəksən. Day qorxudanyazmıram kimlərinsə tayı olacaqsan. Sonraverərlər məhkəməyə, mənim də məhkəməlik halımyoxdu.