DÇ-2022: Avstraliya millisi Tunisə qalib gəlib - YENİLƏNİB
Qətərdə keçirilən dünya çempionatının D qrupunda II tura start verilib.
Adalet.az-ın məlumatına görə, turun ilk matçında Tunis və Avstraliya yığmaları qarşılaşıblar.
Görüş avstraliyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 23-cü dəqiqədə Mitçell Dyuk vurub.
İlk qələbəsini qazanan Avstraliya yığması 3 xalla 2-ci pilləyə yüksəlib. 1 xalı olan Tunis isə sonuncu sırada qərarlaşıb.
Qeyd edək ki, qrupun digər oyununda Fransa seçməsi Danimarkanı sınağa çəkəcək.
***
Qətərdə keçirilən dünya çempionatında Tunis və Avstraliya yığmaları D qrupunun II tur oyununda hesab açılıb.
Adalet.az-ın məlumatına görə, 23-cü dəqiqədə fərqlənən Mitçell Dyuk avstraliyalıları önə keçirib.
***
Qətərdə keçirilən dünya çempionatında Tunis və Avstraliya yığmaları D qrupunun II tur oyunu başlayıb.
Adalet.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb.
***
Qətərdə keçirilən dünya çempionatının D qrupunun II turunda üz-üzə gələcək Tunis və Avstraliya yığmalarının start heyətləri bəlli olub.
Adalet.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar.
Tunis: Aymen Dahmen, Montassar Talbi, Yassin Meria, Dilan Bronn, Yussef Msakni (k), 9. İssam Cebali, Aysa Layduni, Elyess Sxiri, Məhəmməd Drager, Ali Abdi, Naim Sliti
Avstraliya: Metyu Rayan (K), Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar, Fran Karaçiç
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Digər Xəbərlər
24 Dekabr 2025 11:44
"Arsenal" "Çelsi"yə , “Nyukasl” "Siti"yə qarşı
24 Dekabr 2025 11:34
“Fənərbağça”nın prezidentinin narkoloji testi pozitiv çıxdı
23 Dekabr 2025 17:03
Azərbaycan çempionatının ən bahalı futbolçusu məlum oldu
23 Dekabr 2025 13:22
Rafinya karyerasını bitirdi
23 Dekabr 2025 11:46
Misli Premyer Liqasında 2025-ci ilin ən yaxşı komandası müəyyənləşdi
22 Dekabr 2025 17:55
Misli Premyer Liqasında XVII turun oyun cədvəli
22 Dekabr 2025 17:03
Avtomobilini saxlayıb marketə getdi, qayıdanda maşını tapmadı - Bakıda oğurluq
22 Dekabr 2025 16:49


Bakı -°C

