DÇ-2022:Xorvatiya ilk qələbəsini qazanıb, Kanada mərhələ şansını itirib - YENİLƏNİB
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.
Adalet.az-ın məlumatına görə, günün üçüncü matçında F qrupunda Xorvatiya və Kanada milliləri üz-üzə gəliblər.
Avropa təmsilçisi rəqibini 4:1 hesabı ilə üstələyib. Görüşdə hesabı 2-ci dəqiqədə Kanada yığmasının heyətində Alfonso Deyvis açıb.
Xorvatların qollarını 36-cı və 70-ci dəqiqələrdə Andrey Kramariç, 44-cü dəqiqədə Marko Livaya, 90+4-cü dəqiqədə isə Lovro Mayer vurub.
Ötən mundialın finalçısı qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və liderliyə yüksəlib. İkinci sıradakı Mərakeş kollektivinin də eyni xalı var. Belçika 3 xalla üçüncü yerdədir. Xalı olmayan Kanada kollektivi növbəti mərhələ şanslarını itirib.
***
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.
Adalet.az-ın məlumatına görə, Avropa təmsilçisi hesab arasındakı fərqi artırıb - 3:1.
Andrey Kramariç 70-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
***
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda ikinci hissə start götürüb.
Adalet.az-ın məlumatına görə, Avropa təmsilçisi 2:1 hesabı ilə öndədir.
***
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda birinci hissə başa çatıb.
Adalet.az-ın məlumatına görə, Avropa təmsilçisi fasiləyə öndə yollanıb - 2:1.
***
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.
Adalet.az-ın məlumatına görə, Avropa təmsilçisi hesabda önə keçib - 2:1.
Xorvatiya seçməsinin ikinci qolunu 44-cü dəqiqədə Marko Livaya vurub.
***
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.
Adalet.az-ın məlumatına görə, Avropa təmsilçisi hesabı bərabərləşdirib - 1:1
Xorvatiya yığmasının heyətində Andrey Kramariç 36-cı dəqiqədə tarazlığı bərpa edib.
***
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda hesab açılıb.
Adalet.az-ın məlumatına görə, 2-ci dəqiqədə Alfonso Deyvis Kanadanı önə keçirib - 1:0.
***20:00
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyunu başlayıb.
Adalet.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
***18:59
Qətərdə keçirilən dünya çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Xorvatiya və Kanada yığmalarının start heyətləri açıqlanıb.
Adalet.azın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:
Xorvatiya: Livakovic, Juranovic, Lovren, Gvardiol, Sosa, Modric, Brozovic, Kovacic, Livaja, Perisic, Kramaric.
Kanada: Borjan; Laryea, Johnston, Vitoria, Miller, Davies; Buchanan, Hutchinson, Eustáquio, Larin; David.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Digər Xəbərlər
07 Noyabr 2025 10:06
Avropa Liqası: "Fənərbağça" heç-heçə etdi
06 Noyabr 2025 15:00
Qurban Qurbanov bu göstəricidə təkdir
06 Noyabr 2025 14:49
"Qarabağ"da ciddi itki - Kadi 2 ay oynamayacaq
06 Noyabr 2025 13:39
Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik edildi
06 Noyabr 2025 13:17
“Qarabağ”ın avrokuboklar statistikası - 200 oyuna 250 qol
06 Noyabr 2025 12:05
"Neftçi" klubu 2500 manat cərimələndi
06 Noyabr 2025 10:01
Çempionlar Liqası: "Qalatasaray" qələbə qazandı, "Barsa" xal itirdi - VİDEO
06 Noyabr 2025 09:30


Bakı -°C

