DÇ-2022: Argentina Mesikaya qalib gəldi - YENİLƏNİB
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha bir oyun baş tutub.
Adalet.az-ın məlumatına görə, C qrupunun II turunda Argentina və Meksika komandaları üz-üzə gəlib.
Qarşılaşma Argentinanın 2:0 hesablı qələbəsi ilə bitib. 64-cü dəqiqədə Lionel Messi hesabı açıb, 87-ci dəqiqədə isə Entso Fernandes fərqi artırıb.
Mundialda birinci qələbəsini qazanan Argentina yığması ikinci pilləyə yüksəlib. Qrupa 4 xalla Polşa yığması başçılıq edir. Səudiyyə Ərəbistanı 3 xalla üçüncü, Meksika 1 xalla sonuncu sıradadır.
Sonuncu - III turda Polşa Argentina ilə, Səudiyyə Ərəbistanı isə Meksika ilə görüşəcək. Bu oyunlar noyabrın 30-da olacaq.
***
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyununda hesab açılıb.
Adalet.az-ın məlumatına görə, 64-cü dəqiqədə Lionel Messi Argentina seçməsini hesabda önə keçirib - 1:0.
***
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyununda ikinci hissə başlayıb.
Adalet.az-ın məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.
***
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyununda ilk hissə başa çatıb.
Adalet.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
***
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyunu başlayıb.
Adalet.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
***
Qətərdə keçirilən dünya çempionatının C qrupunun II turunda üz-üzə gələcək Argentina və Meksika yığmalarının start heyətləri açıqlanıb.
Adalet.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:
Argentina: Dibu Martínez, Montiel, Lisandro Martínez, Otamendi, Akunya, De Paul, Quido Rodrigez, MekAllister, Anxel Di Mariyaa, Lautaro Martinez, Lionel Messi.
Meksika: Oçoa, Arauxo, Montes, Moreno, Alvarez, Herrera, Quardado, Çavez, Qalyardo, Lozano, Veqa
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Digər Xəbərlər
24 Dekabr 2025 11:44
"Arsenal" "Çelsi"yə , “Nyukasl” "Siti"yə qarşı
24 Dekabr 2025 11:34
“Fənərbağça”nın prezidentinin narkoloji testi pozitiv çıxdı
23 Dekabr 2025 17:03
Azərbaycan çempionatının ən bahalı futbolçusu məlum oldu
23 Dekabr 2025 13:22
Rafinya karyerasını bitirdi
23 Dekabr 2025 11:46
Misli Premyer Liqasında 2025-ci ilin ən yaxşı komandası müəyyənləşdi
22 Dekabr 2025 17:55
Misli Premyer Liqasında XVII turun oyun cədvəli
22 Dekabr 2025 17:03
Avtomobilini saxlayıb marketə getdi, qayıdanda maşını tapmadı - Bakıda oğurluq
22 Dekabr 2025 16:49


Bakı -°C

