adalet.az header logo
  • Bakı 11°C
04 Dekabr 2022 01:00
280
İDMAN

DÇ-2022: Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub - YENİLƏNİB

Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb. 

Adalet.az-ın məlumatına görə, Lionel Skaloninin baş məşqçi olduğu komanda 1/8 finalda Avstraliyanı 2:1 hesabı ilə məğlub edib. 

Cənubi Amerika təmsilçisinin qollarını 35-ci dəqiqədə Lionel Messi, 57-ci dəqiqədə Julian Alvares vurub. Avstraliya yığmasının heyətində Kreyq Qudvin 77-ci dəqiqədə fərqlənib. 

Komanda 1/4 finalda Niderlandla üz-üzə gələcək. Matç dekabrın 9-da baş tutacaq. 

 

***

Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyununda növbəti qol vurulub. 

Adalet.az-ın məlumatına görə, Avstraliya yığmasının heyətində Kreyq Qudvin 77-ci dəqiqədə fərqi azaldıb - 1:2. 

***

Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyununda ikinci qol vurulub. 

Adalet.az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi 57-ci dəqiqədə fərqi artırıb - 2:0. 

Argentina yığmasının heyətində Julian Alvares fərqlənib. 

***

Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb. 

Adalet.az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi 1:0 hesabı ilə öndədir. 

35-ci dəqiqədə Lionel Messi fərqlənib.

***

Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyununda birinci hissə başa çatıb. 

Adalet.az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi fasiləyə 1:0 hesabı ilə üstün yollanıb. 

35-ci dəqiqədə Lionel Messi fərqlənib. 

***

Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab açılıb. 

Adalet.az-ın məlumatına görə, Lionel Messi 35-ci dəqiqədə Argentina yığmasını hesabda önə keçirib. 

***

Qətərdə keçirilən dünya çempionatında Argentina və Avstraliya yığmaları arasında 1/8 final mərhələsinin oyunu start götürüb.

Adalet.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

***

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Argentina və Avstraliya yığmalarının start heyətləri açıqlanıb.

Adalet.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Argentina: 23. Emiliano Martinez, 26. Molina Nahuel, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 17. Papu Qomez, 10. Lionel Messi, 9. Julian Alvares

Avstraliya: 1. Metyu Rayan, 19. Harri Suttar, 4. Kay Rouls, 16. Aziz Behiç, 2. Miloş Degenek, 13. Aaron Muy, 22. Cekson İrvin, 26. Keanu Bakus, 7. Mettyu Leki, 15. Mitçell Dyuk, 14. Rayli Makqri

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.