adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Noyabr 2017 11:49
13889
KRİMİNAL

Daxili orqanından narkotik çıxdı

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Bu barədə DGK-dan məlumat verilib. Məlumata görə, şəxsi yoxlama zamanı zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib.

Nəticədə, vətəndaşın düz bağırsağında 1 ədəd bükümdə xalis çəkisi 56,5 qram olan narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.