Daşkəsəndə dəhşətli YANĞIN- 4-ü uşaq olmaqla 5 nəfər öldü -TƏFƏRRÜAT - YENİLƏNİB
Daşkəsən rayonunda5 nəfərin ölümüilə nəticələnən yanğının bəzi təfərrüatları məlum olub.
Adalet.az "Report"a istinadən xəbər verir ki,yanğın rayonunQuşçu kənd sakini,1970-ci il təvəllüdlüTağıyev Pənah Cəmil oğlunaməxsus ümumi sahəsi150 kvadratmetrolan fərdi evdə baş verib.
Hadisə zamanı ev sahibi Pənah TağıyevGəncə şəhərindəki xəstəxanada müalicə alan həyat yoldaşnın yanında olub. Yanğın zamanı ölən 2007-ci il təvəllüdlüƏdilxanova Günel Qoşqarqızının anası - ev sahibinin qızı - Gəncədə olduğuna görə, övladını ata evinə aparıb və qardaşıAsim Tağıyevin yanına qoyub.
Dünən axşam saatlarında isə Asim mal-qarasının gəlmədiyini görüb, meşəyə heyvanların dalınca gedib. Lakin mal-qaranı orada tapmayan Asim gecə saatlarında onları axtarmağa başlayıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb.
Yanğın baş verən zaman evdə onun həyat yoldaşıSevinc Tağıyeva,3 övladıvəbaldızı qızıolub. Qadın və uşaqlar yatdığı üçün yanğından xəbərləri olmayıb. Yanğının evdə quraşdırılan odun sobasından başlayaraq evə yayıldığı ehtimal edilir.
Yanğın zamanı ev tamamilə yararsız vəziyyətə düşüb və ətrafdakı qonşular yanğından yalnız evin çardağında olan materialın (şiferin) parçalandığı an səsinə oyanıblar. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb və yaxınlıqda olan 2 tövlə yanğından mühafizə edilib.
***
Fövqəladə Hallar Nazirliyi Daşkəsən rayonunda baş verən dəhşətli yanğın barədə məlumat yayıb. Nazirlikdən bildirilib ki, ötən gecə Daşkəsən rayonunun Quşçu qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqda olan 10 ton ot bağlaması yanıb.
Yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, 2010-cu il təvəllüdlü Tağıyeva Aygün Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızının meyitləri aşkar olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Digər Xəbərlər
29 Aprel 2024 17:09
Sabirabadda 28 yaşlı gənci "tok" vurdu
29 Aprel 2024 15:30Minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB
29 Aprel 2024 14:42Vasif Səmədov VƏFAT ETDİ
29 Aprel 2024 13:51Türkiyədə dəhşət: Gəlin və qaynana təndirdə yandı
28 Aprel 2024 21:30