adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 May 2017 09:05
4734
HADİSƏ

Daşkəsəndə ağır qəza: 3 ölü

Daşkəsən rayonu, Quşçu kəndi ərazisində "Qazel” markalı yük avtomobilinin "VAZ” markalı minik avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində körpüdən çaya düşən iki nəfər sürücünü və 1949-cu il təvəllüdlü Bəxtiyar Salman oğlu Uğurluyevin cəsədini çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 00:49-da başa çatıb.