adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Mart 2017 18:34
15019
MƏMLƏKƏT

Dar küçələrin “Ford”ları yoxa çıxıb - REPORTAJ

Metronun içindəhəmişəki kimi qələbəlik olsa da bayıra çıxanda sanki durğunluq hiss olunurdu.Sübh tezdən tələbələri daşıyan Bakı-Sumqayıt "Ford”ları da dənə-dənə gözə dəyirdi.Polis maşınları əraziyə nəzarəti artırmışdı. Gözümə sataşan bir-iki avtobusu daərazidən uzaqlaşdırdılar. Ancaq bu, həminsürücüləri qanunsuz işlərindən geri qoya bilməzdi. Vaxtilə tələbə olanda 4 il həmin"Ford”larla universitetə gedib gəlmişəm. Yoldafilm kimi macəralar yaşamışıq. Bir dəfə xatırlayıram ki, vergi orqanının işçiləritərəfindən Bakıya gələrkən avtobusumuz saxlanıldı. Bircə o yadımdadır ki, "Ford”unqarşısını kəsən vergi müfəttişi ölümlə üz-üzə gəlmişdi. Sürücü necə təngə gəldisə qazı basıb müfəttişin üstünə sürdü. Sanki  kaskadyor nümayişini izləyirdik.İçəridə əyləşən bəzi tələbə yoldaşlarımın sürücü day-daya kənardan "tırka” vermələrihadisəyə daha da həyacan qatırdı. Bir neçə dəqiqədən sonra özümü aksion filmlərindəkikimi hiss edirdim, siqnallaya siqanllaya arxamızca düşən vergi idarəsininavtomobili ilə 20 dəqiqə şəhərdə yarış keçirdik. Nəhayət sürücümüz "düşmən”inizini tirməyi bacardı. Belə hadisələr dəfələrə başıma gəlib. İndi isə 20 yanvarmetrosu üzərində belə maşınları görməmək açığı göz alışqanlığımdan dolayı mənənisgil bəxş elədi. Adam öyrəşəndə kədərli olure.


Bir qədər gözlədikdənsonra ərazidə qırmızı rəngdə "hundai” avtobusu peyda oldu. Onunla eyni markadanolan ağ rəngədə avtobus da əraziyə yaxınlaşdı.Polislərin nəzarəti işə düşdü. "Yol qurdları” oradan uzaqlaşdırıldı. Ancaq bu odemək deyil di ki, çörək pulu qazanan sürücülər əliboş geri dönəcəklər. Onlarınkəşf etdikləri dar küçələr, gizli məhəllələr var. Tələbə vaxtlarımdametrodan çıxıb bir neçə küçəni atlayırdıq ki, həmin "Ford”larımızı tapaq. Həminməkanları ancaq tələbələr tanıyırdı.


O dövrlər artıqgeridə qaldı. Xüsusən də ötən gün baş verən dəhşətli olaydan sonra nə "Ford”laraetibar qalıb, nə də sürücülərə. Hər şeyə bir ehtiyatsızlıqla son qoyuldu. Bəlkə15 nəfərik "dəmir qutu”ya 27 nəfəri sığdırmasaydılar itkilərimiz olmazdı. Nəfispis şeydi.

Metrodan çöləçıxanda pilləkanların yuxarısında bağıran avtobus və taksi sürücülərinin səsinieşidəndə bunları düşünməyə başladım. Bircə o qalıb ki, pilləkanla metroya düşüb sərnişinlərioradan toplasınlar:

-Qardaş haragedirsən aparım, bir nəfər qalıb

-Heç yanagetmirəm.

Daha sonra birneç metr aralanmışdım ki, başqa bir sürücü yaxınlaşdı:

-Sumqayıta gedirsənqardaşoğlu, avtobus o biri küçədədi.

-Niyə orda gizlətmisizavtobusu, burda saxla camaat da minsində.

-Polislərigörmürsən?

-Xəbərin var dadünən ki hadisədən?

-Həə varqardaşoğlu, çox pis oldumey. Allah rəhmət eləsin.

-İndi həminhadisədən sonra sizə necə inanım?

-Qardaşoğlu, 22ilim yollarda keçib. O şoferin ehtiyatsızlığıdı vallah, heç bir illik stajı olan sürücü belə olsa, o səhvietməzdi.

Təbii ki, bədbəxthadisə həmişə olmur. Burada sürücünü qınamaq düşüncəsində də deyildim. Sadəcə getdikcədaha mənasız söhbətlərin vaxtımı aldığını hiss eləyib müsahibəni yarımçıqsaxladım və oradan uzaqlaşdım. Sürücü getdiyimigörüb arxadan səsləndi:

-İki saatdı mənisöhbətə tutmusan, sənə görə "Klient”ləri də qaçırdıme. Getmək istəmirdinsə bunubayaqdan deyə bilmirdin ehh!

Onu ciddiyəalmadım, qırmızı avtobusa yaxınlaşdım. Gənc konduktor oğlan iş başında idi.Sürücü isə sükan arxasında əyləşib sərnişinlərin maşına "dolması"nı gözləyirdi. Kənardandayanıb onları izləyirdim. Əlimdə fotoaparatı işə salıb bir iki şəkil çəkməyəçalışdım. Bu zaman sürücü "Ford”undan düşüb mənə yaxınlaşdı. Kiçik təzyiqlərə məruzqaldım:

-O şəkillərisil ordan.

-Silə bilmərəm,mən müxbirəm.

Daha sonra onavəsiqəmi göstərdim. İnanmırdı. (Əslində inanırdı sadəcə bu ona sərf etmir).

Ərazidə Polispatrul xidmətinin maşınları dayanmamış olsaydı bəlkə əlbəyaxa davayabaşlamışdıq. Belə bir hadisə bir dəfə də başıma gəlib. Onda da polis işçilərisağolsunlar mənə arxa durdular. Rahat çəkilişlərimi davam ertdirə bilirdim. Əlqərəz,sürücü ilə orada kiçik mübahisəmizə kənardan müdaxilələrdən sonra arayasakitlik çökdü.

Bir az da sərnişinlərləsöhbət etməyi məqbul sayıb istiqamətimi dəyişdim. Körpünün digər tərəfinəkeçib yol kənarında gözləyən sərnişinlərə yaxınlaşdım. Kiçik sorğu keçiribonlardan dünənki hadisələrlə bağlı fikir öyrənməyə çalşırdım. Soğrunun iştirakçılarından birisumqayıtdan gəlirdi, tələbə idi. Deyir hadisədən sonra artıq "Ford”lara minmirəm:"Ehtiyat edirəm artıq, iki ildir "Ford” avtobusları ilə gedib gəlirdim, təhlükəlihallar yaşamışdıq ancaq heç vaxt düşünmürdük ki, belə bir hadisə olar. Adətəndüz yolda sürəti aşırlarda. Başqa nə deyə bilərəm ki.

Tələbəoğlanla söhbətimizi eşidən yaşlı bir kişi bizə yaxınlaşıb bir qədər nanəcibcəsinəmüdaxilə elədi:

-SənHansı qəzetdənsən?

-"Ədalət”qəzetindən.

-Siz indiədaləti təmsil edirsiz? – Sanki sözlərin deyilişində kinyanə hiss olununan buağsaqqala heç bir cavab cvermədim. Ammao danışmağa davam edirdi -İndiguya reportaj hazırlıyırsanda burda, siz jurnalistlər faciələri səhnələşdirib gündəmdəqalmaqdan ötrü sinoy gedirsize.

-Biz səhnələşdirmirik,insanları maarifləndiririk!

Ağsaqqalbundan sonra öz özünə danışa-danışa uzaqlaşıb yolun o biri tərəfində dayanan"Ford” avtobusuna mindi. Avtobusda sərnişlinləri sanki, bir xortum kimi içərisovurub elə gözləmədən ərazidən uzaqlaşdı. Məlum məsələ idi, polislərdənyayınırdı...

Reportajimçox uzun çəkmədi. Çünki o "20 yanvar” əvvəlki kimi deyildi. Sanki burada taksiticarəti də sönmüşdü. Bəlkə də bu ölkədə baş verən son dövrlərin krizisindən dolayıdır.Onu dəqiq deyə bilmərəm. Ancaq başa düşüləndir ki, istənilən sahədə müştəri etirabrınıqazanmaq da önəmlidir.

Rüfət Soltan