adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Iyul 2020 15:26
43182
LAYİHƏ

DANIŞAN KURQANLAR

Hər bir xalqın özünəməxsustarixi var və bu tarix də zaman-zaman araşdırılır. Təbii ki, həqiqi tarixi olanvə həmin o tarixi də gerçəkliyə,faktlara söykənən xalqlar heç vaxt başqasınıntarixinə əl uzatmır, onu mənimsəməyə,özününküləşdirməyə çalışmır. Çox təəssüfki, bu gün başqasının tarixinin şanlı,maraqlı səhifələrini özününküləşdirməyə və bununla da özünə tarix yaratmağaçalışan bir düşmənlə çəpər qonşusu olmağa məcburuq. Bizim istəyimizdən asılıolmadan tarixi bizi Ermənistanla olmayan bir dövlətin gəlmə nümayəndələriləqonşu edib. Və böyük dövlətlərin də həmçirkin, həm də böyük siyasətləri erməni kimi hər bir məqama yarayan, hər birdurumda istifadə olunan milləti alətə çeviribdi. Ondan öz məqsədləri üçünistifadə edərək siyasətini gerçəkləşdirib.

Təbii ki, öncə vurğuladığımız məcburi qonşuluq bizim həyat səviyyəmizə,elə tariximizin özünə də bu və ya digər şəkildə təsirsiz ötüşməyib. Lakin birgerçək də var ki, biz nəyisə kimdənsə öyrənəndə ona istinad etməyi özümüzə borcbilirik. Amma düşmənlərimiz istinad əvəzinə mənimsəməyə üstünlük verir,özününküləşdirməyi həyat devizinə çevirir.

Bu mənada Yuxarı Qarabağıntarixi abidələri özü-özlüyündə mövcud durumu ilə hər şeyi diktə edir. Hələki işğal altında olan bu ərazilərdədüşmən abidələrimizi özününküləşdirməklə məşğuldu. Amma bir gerçək var ki, onuqürurla vurğulamaq lazımdı.

Belə ki, Azərbaycanın hər qarıştorpağı tarixdi, hər qarış torpağında dünyaya göstəriləcək nələrsə var. Əgərarxeoloqlarımızın araşdırmalarına, tapıntılarına, apardıqları qazıntılara diqqətyetirsək, onda söylədiklərimizin nə qədər həqiqət olduğuna şübhə yeri qalmaz.

Bax, bu mənada götürəndə ölkəninhər bir istiqamətində aparılan arxeolojiqazıntılar tariximizə hədiyyə verməklə yanaşı, bizə kimliyimizi təkrar-təkrarxatırlamaq imkanı da yaradır.

İstər şimal bölgəsində, istər cənubda,istər aranda, istər digər ərazilərimizdə, xüsusilə Naxçıvanda aparılan qazıntılarbizim arxeologiya elmimizin inkişafına, onun dünya tarix elminə hədiyyələr verməsinəşərait yaratmışdı. Bu mənada cənub bölgəsində aparılan qazıntıların önəmixüsusilə qeyd edilməlidir. Çünki cənub qonşularımızla olan ilişkilər qarşılıqlımaraq doğuran mövzular, axtarışlar tariximizin zənginləşdirilməsi baxımından daönəmlidir.

Bu gün AMEA-nın Tarixİnstitutunun əldə etdiyi uğurlara diqqətyetirəndə onda arxeoloqların da fəaliyyəti diqqət çəkdi. Öyrəndik ki,Tarix İnstitutunun arxeoloji ekspedisiyası bu gün də öz iş planına uyğun olaraqaxtarışlarını davam etdirməkdədir. Bu axtarışların uğurlu nəticələri də kifayətqədərdir və həmin nəticələr tarix elmimizə, eləcə də bütövlükdə xalqımızıntarixinə uğurlu əlavələrdir.

Məhz bu mənada məsələyə yanaşanda,onda hər bir qarış torpağımızın dəyəri birə min artır.

Yeri gəlmişkən,arxeoloqlarımızın hələ 1989-cu ilin yayında apardıqları təhqiqat işləri zamanıAMEA-nın Tarix İnstitutunun cənub arxeologi ekspedisiyası yeni bir səhifəaçmışdı.

Belə ki, ekspedisiyaya rəhbərliketmiş tarix elmləri doktoru, arxeoloq Abuzər Ələkbərovun öz həmkarları iləbirlikdə üzə çıxardıqları kurqan-qəbirlər böyük bir ərazini əhatə edir. Bir azda dəqiq ifadə etsək. Məhz Abuzər Ələkbərovun rəhbərliyi altında arxeolojiekspedisiyanın Masallı rayonu üzrə işləyən dəstəsi bu rayonun Əmirtürbə kəndi ərazisindəuyuyan bir tarixin üstünü açıbdı. Bu tarix isə özü ilə birlikdə xeyli sirlərinipucunu alimlərimizin ixtiyarına veribdi.

Aparılan qazıntılar zamanı məlumolub ki, Əmirturbə kəndi ərazisində qədim bir qəbirsitanlıq var. Bu qəbiristanlıqda diqqəti çəkən, hətta nadir tapıntılararxeoloqları özünə cəlb edib.

Və aparılan qazıntılar zamanıuzunluğu 2,125 metr olan qəfəsvari hörgünün ətrafında xeyli bəzək əşyaları üzəçıxıbdı.

Bu bəzək əşyaları içərisindəmüxtəlif formalı muncuqlar, tunc bilərziklər, qadın-bəzək əşyaları və sairəolubdu. Təbii ki, bu tapıntı qazıntı işlərinə marağı bir az da artırıb.

Və daha geniş əhatədə aparılanqazıntılar zamanı buradan astroloji qalıqlar da ortaya çıxıbdı. Alimlərimizinaraşdırması zamanı məlum olub ki, həmin qalıqlar cavan qıza məxsusdur.

Bəli, Əmirtürbə qəbiristanlığındaaparılan qazıntılar vaxtı alimləri təəccübləndirən bir məqam da olubdu. Bu da dəfnmərasimi ilə bağlıdır.

Həmin qazıntılarda iştiraketmiş arxeoloqların fikrinə görə, bu gün dəfn mərasimi Azərbaycan ərazisindəilk dəfə diqqəti çəkib. Yəni alimlərimiz uzun illərin axtarışları nəticəsindəilk dəfə olaraq kvadrat şəkilli qəbirlərlə qarşılaşıblar. Həmin qəbirlərinuzunluğu 4, eni isə 1,8 metrdir.

Arxeoloqlarımızınhesabatlarından məlum olur ki, Əmirturbə qəbiristanlığında tapılan qəbirlərindöşəməsi ağ rəngli maye ilə suvanıb. Sonra qəbrin içərisində tonqal qalanıb.

Bundan sonra dəfn mərasimi icraolunub. Yəni meyit hələ tam sönməmiş odun üstünə yerləşdirilmişdi. Buradakı digərbir maraqlı cəhət də odur ki, həmin qəbrin ayaq tərəfində iki ədəd saxsı qabaşkar olunmuşdur.

Saxsı qabın biri bütövdü, digəriisə sındırılıb. Alimlərimiz düşünür ki, bu, dəfn mərasiminin icrası zamanı birqayda, bir adət olaraq bəlkə də dəfniniştirakçıları tərəfindən bəlkə də sındırılıb.

Ehtimal olunur ki, tapılmışsümük qalıqlarının bəzi hissələri yanıbdı. Bu da onu deməyə əsas verir ki, həmindövrün adətinə görə, dünyasını dəyişənin meyiti dəfn zamanı müqəddəs hesabolunan oda verilirmiş. Hər halda, bunun özü də onu göstərir ki, tariximizin vəinancımızın bir ünvanı olan oda sitayiş, atəşpərəstlik barəsində yazılanların,deyilənlərin kökü çox-çox uzaq qərinələrə gedib çıxır.

Son qazıntılar zamanı Əmirtürbəqəbiristanlığı ərazisindəki kurqan-qəbirlərdən kənd təsərrüfatı alətləri, ocümlədən dəmir baltalar da tapılmışdı. Fikrimizi tamamlayaraq bildirmək istəyirikki, tapılan maddi-mədəniyyət nümunələri Azərbaycan ərazisində bütün təsərrüfatsahələrinin bu və ya digər formada inkişaf etdirildiyini sübut edir. Yəni tarixin faktı hər şeyi öz yerinə qoyur.

ƏBÜLFƏT MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.