adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Iyun 2020 09:00
107657
LAYİHƏ

Danışan barmaqlar

Mən onu Şuşadan tanıyırdım. Özüdə təsadüfdən yox, sadəcə Şuşanın məşhur istirahət evində keçən günləriminbirində şuşalı qohumlarım, dostlarım məni bu işıqlı insanla tanış etdi. Hətta məclislərimizinbirində o, ruhumuza mənəvi qida vermək üçün tarı da sinəsinə sıxdı. Mən ilk dəfətarın danışdığını, özü də üzbəüz mənimlə həmsöhbət olduğunu onda gördüm, ondaşahidi oldum. Doğrudur, oxuduğum orta məktəbdə də İmran adlı bir tar müəllimimizvardı. Daha doğrusu, bizə musiqi dərsi keçirdi. O da həmişə bizi müxtəlif məktəblimahnılarını ifa edəndə tarla müşayiət edirdi. Amma hərdənbir "Segah"da çalırdı. Bax, həmin "Segah" nöqtəsində sevirdik musiqi dərsini (ovaxt nəğmə dərsi deyirdilər - Ə.M.), İmran müəllimi...

Ona görə yadımda qalmışdıtar... ona görə mənə tanış idi tar... Amma tarı ilk dəfə mənə o sevdirdi. YəniGülağa müəllim sevdirdi. Özü də bütün varlığımla özümə, ürəyimə hopdurdum otarı. Sonra illər keçdi, mən tarı daha böyük ifaçıların çalğılarında not-not, səhifə-səhifədinləməyə və böyük Müşfiqin niyə tar üçün üsyan etdiyini dərindən anlamağabaşladım. Günlərin birində onunla dörd divar arasında "Azərbaycan" nəşriyyatınınbir parça Şuşa ünvanı olan Vasif Quliyevin iş otağında görüşdük. Bir-birimizin əlinisıxdıq, amma bir-birimizə təzə heç nə demədik. Çünki deyiləsi təzə heç nə yoxidi. Əgər Şuşa yoxdursa, Qarabağ yoxdursa, təzə nə ola bilərdi ki? Susduq. Üzbəüzəyləşib özümüzdən, uşaqlardan danışdıq. Hiss edirdim ki, o da bu görüşdən köklənib,havalanıb, mən də... Hiss edirdim ki, onun barmaqları mizrab axtarır. Elə mən dəo mizrabı görmək, onun toxunacağı simləri öpmək istəyirdim. Köməyimizə Vasif müəllimçatdı. Həmişə iş otağında, kitab rəfinin üstündə olan tarı göstərib Gülağa müəlliməbircə kəlmə dedi:

- Bəlkə çalasan?

Bu söz mənə hava kimi gəldi...Bu söz məni elə bil ki, darıxmaqdan, partlamaqdan xilas elədi. Özümdən asılıolmadan mən də həmin sözü təkrar etdim. Bir balaca dəyişikliklə:

- Gülağa müəllim, bəlkə birhava səsləndirəsən?

Vasif müəllimin və eləcə də mənimsəsimdəki nisgili, həm də ağrını tutdu Gülağa Zeynalov. Heç nə demədi. Oturduğuyerdən qalxıb kitab rəfinə tərəf çevrildi. Tarı götürüb öncə simləri bir-birgözdən keçirdi. Sanki nə isə axtarırdı. Sonra tarın özünə məlum olan yerindənmizrabı çıxardı. Kökləmək istədi. Bir-iki dəfə simlərdə gəzişdi, amma kökləmədi.Hiss etdim ki, elə bu cür, tarı kökləmədən, onu xam səsiylə, xam nəfəsiylədanışdıracaqdı. Elə də etdi. Amma nətəhər çaldısa, o tarın köklənmədiyi, otarın bu dünyaya sığmayan böyüklüyü içərisində əriyib getdi. Barmaqlar tarısöz-söz danışdırırdı. Barmaqlar Şuşanın bütün küçələrini, məhəllələrini, həttaözünün doğulduğu ünvanı da gəzib, dolaşıb dolamalardan üzü aşağı Ağa körpüsünətərəf enib gəlməyə başladı. İlahi, insan öz barmaqlarının necə danışdığını vəbu barmaqların cansız simləri necə oda, alova çevirdiyini görəsən hardan öyrənib?Ümumiyyətlə, bunu necə bacarır? Buna necə nail olur? İnanın ki, mən o ifalarındalğası altında Şuşanı gəzə-gəzə həm də o suala cavab axtarırdım. Axtardım,axtardım və Gülağa müəllim son pərdədən mizrabı götürəndə tapdım. Gördüm ki, səndemə, həmin o qeyri-adi istedada malik olan adamlar barmaqlarla çalmırlar tarı,ürəklə çalırlar. Sadəcə, biz barmaqları görürük. Amma ifaçı onu ürəyiyləçalır... mizrab ürəyi olur... ifa ürəyi olur... səs ürəyi olur... Hətta simlərdə ürəyin telləriylə əvəzlənir. Ona görə də biz doymuruq o ifadan, biz ayrılabilmirik o səsin aurasından...

Həyat elə gətirdi ki, Gülağa müəllimmənim qızlarımın müəllimi oldu. Öncə musiqi məktəbində, sonra Şuşa MusiqiTexnikomunda qızlarım onun təkcə müəllimliyinin yox, həm də insanlığının şahidioldular. Gülağa müəllimin vaxtsız ölüm xəbərini eşidəndə onların necə kövrəldiyini,necə heyfsiləndiklərini görüb həqiqətən bir insan itirdiyimizin əhəmiyyətinibir də dərk etdim. Ona qədər isə...

Dəfələrlə görüşdük, çay içdik,çörək kəsdik... Dəfələrlə Vasif Quliyevin iş otağında onun ifasını dinlədim,onunla fikir mübadiləsi edib dağı arana, aranı dağa çəkdim. Amma bir dəfə dəolsun kimsənin qeybətini etmədi... kimsənin haqqına göz yumduğunu büruzə vermədi...kimsəni aşağılamadı... və nəhayət, hansısa böyük vəzifədə oturan dostunu,qohumunu işarə verib öyünmədi. Çünki o, əsl şuşalı idi, əsl qarabağlı idi, əslazərbaycanlı idi və ən vacibi isə o, əsl İnsan idi. Biz bütün təmaslarımızdaŞuşadan danışırdıq... Şuşanın ziyalılarından söhbət açırdıq. Şuşa üçün gücüçatan hər hansı bir işin qulpundan yapışıb çaba göstərənlərdən danışırdıq. Vəbütün sözlərimizin, söhbətlərimizin yekununda "İnşallah, Şuşaya qayıdaq,kimin kim olduğunu orda deyərik!" məntiqiylə bir-birimizin əlini sıxıbayrılırdıq. Bu, Gülağa müəllimin insanlıq missiyasının ən işıqlı bir tərəfiidi. O, əyilmədiyi kimi, kimsənin də onun önündə əyilməsini heç vaxt nə istəməmişdi,nə də buna yol verməmişdi.

Yeri gəlmişkən, əməkdar artistlərTeyyub Aslanov, tarzən Vamiq Məmmədəliyev, kamança çalan Mirnazim Əsədullayevin və aşıq Əhliman Rəhimovun xatirələriyaddaşımda dərin iz buraxdı. Gülağa müəllimin tələbə yoldaşı Mirnazim Əsədullayevinsöylədiyi fikirlər isə təkcə dinləyənləri kövrəltdi. Gülağa Zeynalov əsl şuşalıidi. Təkcə şuşada doğulduğuna görə, Şuşada yaşadığına görə yox, həm də ona görəki, o, bütün həyatını, bütün fəaliyyətini Şuşaya, Şuşanı tanıdıb sevdirməyə,Şuşa musiqisini dünyaya çatdırmağa həsr etmişdi. O, Şuşa üçün yaşadı və bu gündə ruhu Şuşadadı, Şuşanın səmasında dolaşır.

Gülağa Zeynalov özəl xarakteri,əyilməz, heç kimin minnətini götürməyən, heç kimi sındırmayan və heç kiminqarşısında sınmayan cüssəli, dəyanətli, məğrur və bütöv bir kişi idi. O, özünüŞuşasız təsəvvür etmirdi və Şuşa adı gələn, Şuşa sorağı verən hər yer üçün, hərkəs üçün canından keçməyə hazır idi. Bütün arzusu, istəyi Şuşaya qovuşmaq,Şuşaya dönmək olan Gülağa müəllim Şuşasız dözə bilmədi...

Bir dəfə, daha dəqiq desəm,söhbətlərimizin birində dostum Salman müəllim dedi ki, Gülağa Zeynalov mənimilk musiqi müəllimim olub. O, müəllim kimi də, ziyalı kimi də, tarzən kimi də,şuşalı kimi də qeyri-adi insan idi. Onunla yoldaşlıq edəndə bütün dərd-səriniunudub sanki bir məktəb keçirdin. Öyrənmək və Şuşaya qayıdışa hazır olmaq məktəbi...

P.S. Bu, Gülağa müəllimhaqqında eşitdiyim isti xatirələrdən yalnız bir neçəsidi.

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.