Daha bir yeniyetmə dənizdə boğuldu
Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 2 nəfər çimərkən batma təhlükəsi ilə üzləşib.
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü Mirzəyev Nihad Yalçın oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib.
Digər şəxs, 2010-cu il təvəllüdlü Seyidov Mirkamil Mirəli oğlunun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər Xəbərlər
15 Sentyabr 2026 11:52
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
15 Sentyabr 2026 11:01
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO
15 Sentyabr 2026 09:56
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı - Ailədəki 3-cü müəllim də vəfat etdi
14 Sentyabr 2026 18:36


Bakı -°C

