Daha 3 754 şəxsə pensiya təyin edildi
Bu ilin yanvar ayında Azərbaycanda 3 min 754 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bu barədə Adalet.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Məlumata əsasən, əmək pensiyası təyin olunan şəxslərin 63,43 %-ni kişilər, 36,57 %-ni isə qadınlar təşkil edib.


Bakı -°C

