adalet.az header logo
  • Bakı -°C
02 Fevral 2026 17:31
66
İQTİSADİYYAT
A- A+

Bu ölkə iqtisadi böhrana hazırlaşır

"Dünyada və ya ölkədə kəskin böhran baş verərsə, dövlət Estoniya sakinlərini bir həftəlik ərzaqla təmin edə biləcək".

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Estoniya ehtiyat mərkəzinin rəhbəri Ando Leppiman deyib. 

Onun sözlərinə görə, ölkədə təxminən bir həftəlik dövlət ərzaq ehtiyatı var. Leppiman əlavə edib ki, "bunlar müxtəlif hazır yeməli məhsullardır". Bunun fonunda, dövlət mərkəzə iki həftəlik ərzaq ehtiyatı yaratmaq tapşırığı verib.

Qeyd olunur ki, ərzaq ehtiyatı Estoniya boyunca paylanır. Mərkəzin ölkə daxilində təxminən iyirmi yerdə dövlət ərzaq ehtiyatını saxlayan təxminən 10 tərəfdaşı var.