adalet.az header logo
  • Bakı -°C
22 Iyul 2026 14:33
72
ŞOU-BİZNES
A- A+

“Yay Fest” növbəti unudulmaz görüşə ev sahibliyi edib - FOTOLAR

​Azərbaycanın ən böyük gənclər festivalı olan və hər il minlərlə gəncin böyük həyəcanla gözlədiyi “Yay Fest” növbəti unudulmaz görüşə ev sahibliyi edib. Festivalın növbəti özəl qonağı tanınmış müğənni İlkin Dövlətov olub.

Adalet.az xəbər verir ki, tTədbir çərçivəsində gənclərlə samimiyyət dolu mühitdə görüşən ifaçı, bir-birindən fərqli mahnıları, səhnə performansı və xoş söhbəti ilə festivala xüsusi rəng qatıb. Gənclərin böyük coşğu və sevgi ilə qarşıladığı İlkin Dövlətov onlarla hisslərini bölüşərək festival enerjisini zirvəyə daşıyıb.

Festival 13 iyul-4 sentyabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və İDEA İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ), “Böyük Qayıdış” Gənclər Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxıda keçirilir. 

Qeyd edək ki, festival çərçivəsində hər biri 5 gün davam edən düşərgələrdə ümumilikdə 2 mindən çox gənc iştirak edir.