adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 May 2020 09:00
203405
LAYİHƏ

Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı

Azərbaycan Cümhuriyyəti dövlətçilikənənələrimizin davamı kimi meydana gəlmişdir. Azərbaycan Cümhuriyyətinin (bəzənonu Azərbaycan Demokratik Respublikası və ya Azərbaycan Xalq Cümhuriyyətiadlandırırlar) yaranması tarixən 28 may 1918-ci ilə təsadüf etsə də, o özyaranışına qədər 1905, 1907, 1917-ci illərin rus inqilablarından, erməni təbiətlialtı aylıq Bakı Sovetindən (02.XI.1917-25.IV.1918) və eyni ananın döşündən süd əmənüç aylıq Bakı Kommunasından (25.IV1918- 31.VII.1918), ingilis düşüncəliayyarımlıq Sentrokaspi diktaturasından (01.VIII.1918 - 15.IX.1918) keçib müstəqilliyinielan edən bir xalqın təsəvvüründə artıq çoxdan yaranmışdı. "Bir kərə yüksələnbayraq bir daha enməz", "Tarixin yenə bir gözəl çağında Qaranlıq qışkeçib, bahar gələcək" deyən Məmməd Əmin Rəsulzadənin rəhbərliyi iləyaranan Azərbaycan Cümhuriyyəti məhz belə bir zamanda elan edilmişdi.

Bir qayda olaraq, cəmiyyətdəbaş verəcək hadisələri qabaqlayan ədəbiyyat Azərbaycan mühitində də bədii-fəlsəfidüşüncə üzərində dolaşan xeyirxah ruh kimi öz romantik qanadlarını gərmiş vəziyyətdəidi. Azərbaycan Cümhuriyyətinin yaranmasına qədərki ədəbiyyat "istiqlalmübarizəsinə aparan romantizm" və sərtrealizm ruhunda təzahür edirdi.

Hələ 1909-cu ildə qələmə aldığı"Laylay" şeirində A.Şaiq (1881-1959) gəvharədə (beşikdə) uyuyancocuğa bu şəkildə müraciət edirdi:

Türk oğlusan, əcdadın ulu,şanlı, şərəfraz.

İştə vətənindir, a quzum, şanlıbu Qafqaz.

Yavrum, uyu şimdi, səhər ertəoyananda

Parlaq Günəş iştə sənialqışlayar onda.

Bundanbir il sonra insana və insanlığa böyük humanist gözü ilə baxan A.Şaiq

Hamımızbir yuva pərvərdəsiyiz!

Hamımızbir Günəşin zərrəsiyiz!

-deyə insanları "danışdığı dil", "yaşadığı məkan","inandığı İncil və ya Qurandan" asılı olmayaraq insanı birliyəçağırırdı.

Divədəbiyyatşünas Y.Qarayevin "kökünə və bütövlüyünə boylanan yaddaş"adlandırdığı "türk qanlı", "islam imanlı" Əli bəy Hüseynzadə(1864-1940) isə 1911-ci ildə Türkiyədəyazdığı "Hadi-vətən" şeirində insanların insanlara necə zülm etdiklərinidemək haqqı alınan dil, yazmaq haqqı alınan qələm ilə belə ifadə edirdi:

Ucundadırdilimin

Həqiqətinböyüyü.

Nəqoydular diyəyim,

Nəkəsdilər dilimi.

Bilirmisən,cühəla,

Nəetdilər Vatana?

Nəqoydular uyuya,

Nəqoydular oyana.

Ayıltmadıqələmim

Butürk ilə əcəmi.

Nəqoydular yazayım,

Nəqırdılar qələmi.

Bəşərövladının özünü və dünyanı xoşbəxt etmək əvəzinə bir az da bədbəxt etməsi Azərbaycanromantikləri və realistlərini düşündürməyə bilməzdi. Dünyanın özü və onun birparçası olan Azərbaycan eyni bir zamanın içində olduğundan dünyanın başına gələnbəlalar Azərbaycanın da ürəyini qan edirdi.

Realistolduğu qədər romantik, romantik olduğu qədər də realist olan Məhəmməd Hadi(1879-1920) 1915-ci ildə İrəvanda qələmə aldığı "İnsanların tarixi faciəsi,yaxud "Əlvahi-intibah" əsərində "İntibah lövhələri"yaratmaq əvəzinə iblisanə tablolar çəkəninsanın müasir silahlarla ova çıxan primatlara bənzədiyini göstərirdi:

Həyatınsəsləri guşumda həp fəryad şəklində.

Buinsanlar ki, qardaşdır və lakin yad şəklində.

Butorpaq qanlı ovraqdır, bəşər səyyad şəklində.

Ədavətdaima vardır, məhəbbət ad şəklində.

Cahanbaşdan-başa meydani-mətəmzad şəklində.

Fərəhlərhəbs olunmuş, hüznlər azad şəklində

Müsibətlər,bəlalar, qüssələr abad şəklində.

Ürəklərqəm adilə hər zaman bərbad şəklində.

Bumatəmgahi kim görmüş sürürabad şəklində?

AzərbaycanCümhuriyyətinin elanına gedən yol I Dünya Müharibəsinin gətirdiyi bəlalardan,1918-ci ilin mart qırğınlarından keçirdi.

Rusfitvası ilə qana susayan ermənilər Azərbaycan türklərini yer üzündən silməkdə idilər. Bu soyqırım hadisələrindəadı o qədər də hallanmayan Şəkidə də ermənilər at oynadırdılar. Vartaşendə(indiki Oğuzda), Şəkidə (Qayabaşı və digər kəndlərdə) yerləşdirilən ermənilər.

MüsavatHökumətinin yaratdığı Milli Komitəni Nuxanı (indiki Şəkini) təhvil-təslim etməyəçağırmışdılar. Bu arada erməniqonşularının Şəkiyə gəlməsi xəbəriyayılmışdı. Bu erməni ordusunun qarşısına barışıq üçün göndərilən heyətinbaşında da ermənilərin nümayəndəsidururdu. Heyətin müsəlman üzvlərini gedəcəkləri yerə çatmamışdan ermənilər qətl etmişdilər. Məhz belə bir məqamdagenosiddən yaxa qurtarmaq naminə ilhaqçılığa meyl əmələ gəlmişdi. Əbdü Əfəndizadə (1872-1928) "Ya ölüm, yaTürkiyə" mənzuməsini yazmışdı:

Eynəcib övladın ordusu, Şəki şirvanə gəl!

TiflisüBaküvü şişə, Gəncəvü Səlyanə gəl!

Qafqazınhər guşəsində guş qıl, nalana gəl!

Hazırıqbiz siz gələrkən can verək sultana, gəl!

Səbrimizdaha tükəndi, durma gəl, şahanə gəl!

Yurdumuzdüşmən əlində olmamış virana, gəl!

Burada"Ya ölüm, ya Türkiyə", "Qafqaza dəvət" adlı mənzuməsindən gətirdiyimiz sitat Azərbaycan Cümhuriyyətiyaranandan sonra parlament üzvü seçilən əbdü (Abdulla bəy Rəşid bəy Əfəndiyevinqardaşı idi) Əfəndizadənin xalqına etinasızlığından deyil, 1918-ci ilin bir çoxziyalılarda yaratdığı çaşqınlıqdan irəligəlmişdi. İlhaqçılıq əlamətləri o dövrün digər ədəbi nümayəndələrində olduğu kimi, o ərəfədə həm dəSalman Mümtazın (1884-1941) yaradıcılığında özünü göstərirdi.

SalmanMümtazın 1918-ci ildə IX türk ordusunun bir hissəsinin Şəkiyə gəlişi münasibətiilə yazdığı "Ənvəriyyə" və Nuru paşaya (1889-1949) həsr etdiyi"Öyün, millət" şeirləri də bu qəbildəndir.

"Ənvəriyyə"də"Yaşa, ey qaziyi-əzəm, ey möhtəşəm Ənvər! Səninlə fəxr edir şimdi böyük sultan, ulu qeysər"deyə Ənvər paşaya (1881-1922) müraciətedən salman Mümtaz "O gün millət ki, olub şövkətli sultanın, Hilalın haləsiqılsın əhatə türk övtanın. ... Qızılgül tək açıl, gül, gör ki, türkün şanlı ordusu Rivaqi-ərşənəsib etmiş böyük Osmanlı ünvanın" şəklində Ənvər paşaya müraciətetmişdir. Bütün bunlarla bərabər zaman və tarix göstərdi ki, Azərbaycan özünüidarə etməyə qadirdir, üstəlik Azərbaycan və Türkiyə "bir millət, iki dövlət"olaraq həmişə birgədirlər.

Elə ki, Azərbaycan Cümhuriyyətiquruldu, onda var olan dövləti qorumaq üçün turançılıq meylləri də gücləndi.Onda A.Şaiq 1918-ci ildə "marş" şeirində yazırdı:

Birləşəlim, türk oğlu, bu yol millətyoludur.

Ünlə, zəfərlə, şanla tariximizdoludur.

Yürüyəlim irəli, haydı, millət əsgəri!

Keçmişimiz şan, zəgər,durmayalım biz geri.

Haydı yola çıxalım!

Haqsızlığı yıxalım!

Türk-müsəlman Şərqində qurulanilk parlamentli respublika ədəbiyyata yeni mövzular, öyünməli və fəxr etməli nəsnələrgətirmişdi. Məhəmməd Hadi də "Cümhuriyyətin Azərbaycanda bərqərarolmasını.... bədii alqışlar və "əhrarlə təranələrlə" qarşılamışdı:"Azərbaycan hökuməti - növzadinə", "Şühədayi -hürriyyətimizin ərvahinəithaf", "Zəfəri - nəhayiyə doğru", "Əsgərlərimizə -könüllülərimizə", "Məfkureyi- aliyəmiz" şeirləri ilə milli cəngavərlik ruhumuzu yenidəncanlandırmışdı.

(ardı gələn sayımızda)


Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.