ÇUKÇALAR STALİNDƏN NİYƏ KÜSMÜŞDÜ
Müharibə qurtarandan iki-üç il sonra çukçalar xəbər tutur ki, Böyük Vətən Müharibəsi olub və bizimkilər qalib gəlib. Moskvaya nümayəndə heyəti göndərirlər Stalinin yanına. Stalin qəbul edir, soruşur ki, nə məsələdi?
Deyirlər:
- Yoldaş Stalin, biz səndən küsmüşük.
- Nəyə görə?
- Dörd il müharibə eləmisən, amma bizə xəbər verməmisən.
İndi Sezen Aksu bir mahnı oxuyub altı il bundan əvvəl. Vaxtilə «Minik sərçəcik» adlanan, hazırda qartımış qarğaya dönən bu xanım mənim müğənnim olmadığına görə, ona görə yox ki, deyib ermənilər əqrəbamdı, ona görə ki, mənim müğənnim deyil də, dinləməmişəm. Nə həmin mahnını, nə də qeyrilərini. Amma sənətkardı, onu da sevənlər var.
İndi türklər də çukçalar kimi beş-altı ildən sonra xəbər tutublar ki, həmin mahnıda Sezen Adəm və Həvvanı təhqir edib. Aləm dəyib bir-birinə. Bizdə gündəm KVN-şiklər olan kimi, Türkiyədə də gündəm Sezen Aksudur.
Oxudum ki, Sezen də deyib ki, əlimin içindən gəlib, içində bir noxud var, noxudun içindən gəlib. Sonra da deyib ki, məni əzə bilməzsiniz. Amma bunu düz deyir, sənətkarı əzmək mümkün deyil.
Digər Xəbərlər
28 Sentyabr 2026 19:11
“Çirkin” də final edir
28 Sentyabr 2026 18:50
Tanınmış musiqiçi vəfat etdi
28 Sentyabr 2026 17:42
Deniz Göktaş sərbəst buraxıldı
25 Sentyabr 2026 23:31
10 dəqiqəyə boşandılar? - Soyadını sildi
25 Sentyabr 2026 17:03
Biran Damla Yılmaza həbs cəzası verildi - Borca görə
24 Sentyabr 2026 14:07
Almaz Ələsgərli: “ Bunlar müğənnini gözdən salır”
24 Sentyabr 2026 13:45
Əməkdar artist: “Əgər kimsə bu sözlərimi qəbul etmirsə...”
23 Sentyabr 2026 10:18


Bakı -°C

