Cüdoçularımız 2 medal qazandı
Montoneqronun paytaxtı Podqoritsa şəhərində cüdo üzrə U-23 Avropa birinciliyinə start verilib.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışın ilk günü Azərbaycan milli komandasının üzvləri 2 medal qazanıblar.
Gənc cüdoçularımızdan 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Kəramət Hüseynov və 52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova Avropa birinciliyinin bürünc medallarına sahib olublar.
Qeyd edək ki, 40 ölkədən 301 idmançının (168 kişi, 133 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 14 cüdoçu (8 kişi, 6 qadın) ilə təmsil olunur.
Digər Xəbərlər
30 Aprel 2024 19:22
Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər
30 Aprel 2024 12:09